3 Sentyabr 14:02

“Kamil bir palançı” layihəsinə start verilib

Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyiylə Məhbubə Şahverdiyevanın təşkilatçılığı ilə “Kamil bir palançı” layihəsinə start verilmişdir.
Bildiyiniz kimi, son dövrlərdə ölkəmizdə ali təhsilə olan marağın kor-koranə olaraq artması Peşə sənətlərinə olan marağı azaltmışdır. Bundan irəli gələrək layihə çərçivəsində çəkiləcək olan video  çarxdapeşə sənətləri ilə məşğul olan insanlarla görüşüb müsahibə alınacaq və alınan müsahibələr layihənin internet səhifəsində yayınlanacaq və xüsusi kitabçalar formasında əks olunacaq. Belə ki kitabalarda peşə-ixtisas məktəbləri haqqında da məlumat əks olunacaq və bu məktəbilərə paylanacaqdır.Son olaraq bu şəxslərin iştirakı ilə, peşə sənətlərini təbliğ edən video çarx çəkilib təqdim olunacaq

Bəyən və paylaş

Rəylər

rəy(lər)