19 Sentyabr 11:07

“Kamil bir palançı” layihəsi çərçivəsində eyniadlı sənədli film çəkilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və dəstəyilə “Kamil bir palançı” layihəsi çərçivəsində eyniadlı sənədli film ərsəyə gətirilib.

Edumap.az xəbər verir ki, filmdə peşə sənətləri ilə məşğul olan insanların müsahibəsi və gənclərə gələcək peşə seçimlərinə görə məsləhətləri yer almışdır.

Qeyd edək ki, layihənin əsas məqsədi günümüzdə gənclərin kor-koranə olaraq Ali təhsilə yönləndirilməsi, buna görə də peşə-ixtisas sənətlərinə olan marağın günü-gündən azalması və nəticədə bu sənətlərin məhv olmasının qarşısını almaq, və gəncləri əl qabiliyyətlərinə və həvəslərinə biganə yanaşmamağa çağırmaqdır. Layihə çərçivəsində çəkilmiş video çarxdan əlavə olaraq peşə ixtisas sənətləri haqqında qısa məlumatların və peşə məktəbləri haqqında məlumatların əks olunduğu kitabçalar da çap olunacaqdır ki, bunlar da gənclərin gələcək seçimlərində onlara kömək göstərəcəkdir.

Layihənin rəhbəri Məhbubə Şahverdiyeva, filmin rejissoru Zal Əlizadədir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)