1 Fevral 14:36

“Kamil palançı, yarımçıq papaqçı” layihəsinin bağlanış mərasimi keçirilib

Edumap.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilati dəstəyi ilə “Kamil palançı, yarımçıq papaqçı” layihəsinin bağlanış mərasimi keçirilib.

Layihənin keçirilməsində əsas məqsəd həm qədim incəsənət peşələrimizi gənclərə tanıdmaq, həm də bu günümüzdə bu sahə üzrə təhsil alan gəclərimizi sosial çarx vasitəsi ilə ictimaiyyətə təqdim etmək, digər ixtisaslarda təhsil alan tələbələrin isə bu sahəyə qarşı dünya görüşü və biliklərinin artırılmasıdır.

Layihə çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında yaradılmış xüsusi könüllü qrup tərəfindən müxtəlif sənət növləri ilə üzrə çəkilişlər aparılmışdır. Bir həfdə ərzində çəkilən kadrlardan ibarət sosial çarx hazırlanmış və bağlanış mərasimində təqdim edilib. Keçirilən layihə bir neçə mərhələdən ibarət olmaqla ümumilikdə 11 komandanın iştirakı ilə həyata keçirilib. Layihənin bağlanış mərasimində bütün təşkilati işlərdə və çəkilişlərdə göstərdikləri fəal iştiraka görə gənclərə sertifikatlar və  hazırlanmış sosial çarxın dsikləri təqdim edilib.

Bəyən və paylaş

Rəylər

rəy(lər)