22 Oktyabr 08:14

Kamran Nəzirli “Narkoman” tamaşası

Hər kəs dəvətlidir.
Tamaşanın sujet xətti belədir Ali məktəbi qırmızı diplomla bitirən Ramin adlı gənc iş tapmaq üçün bir çox idarələrə baş çəksə də iş tapa bilmir. İşsiz qalaraq ruhdan düşür və narkotikaya qurşanır. Narkotik maddələrə olan tələbatı onu ayrı yollara sovq edir. Ramin artıq ev əşyalarını və anasının zinətlərini satmağa başlayır. Anası onu bu yoldan döndərməyə çox cəhd etsə də o, bu yoldan dönmür. Həyat yoldaşı bütün bunlara dözməyərək uşağı da götürüb evi tərk edir. Raminin anası bu dərdə tab gətirməyərək dünyasını dəyişir. Həyatdan güclü zərbələr alan Ramin nəhayət ki, narkomaniyadan canını qurtara bilir. Finalda Raminin ailəsi də yanına qayıdır. O, anasının ruhu qarşısında and içir. Beləliklə tamaşa optimist bir sonluqla bitir.
Quruluşçu rejissor Naxçıvan Respublikası xalq artisti Kamran Quliyevdir. Rolları Cəlal Məmmədav,Növrəstə Həşimova, Şəhla Məmmədova, Mətləb Səfərli, İradə Zeynalova və başqaları ifa edir.

Vaxt: 23 oktyabr saat 19:00

Ünvan: Sumqayıt Dövlət Musiqili Dram teatrı

Bəyən və paylaş

Rəylər

rəy(lər)