22 Fevral 07:30

“Kanal D”-nin əməkdaşı “Gənclərin uğur siması” vətəndaş jurnalistikasında

“Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması layihəsinin bu dəfəki qonaqlarından biri  Türkiyənin “Doğan” xəbər agentliyinin ,“Kanal D”-nin  Azərbaycan və Gürcüstandakı nümayəndəsi Əli Kan olub. Əli Kan təlimdə öz təcrübəsini tələbə gənclərlə bölüşüb. O, jurnalistikanın nəzəriyyəsi ilə yanaşı təcrübənin də önəmli olduğunu vurğulayıb. İstanbul universitetinin “İletişim” fakültəsini bitirən nümayəndə ilk vaxtlar  iş tapmağın çətin olduğunu deyib. Amma mübarizlik və gecə-gündüz  çalışmağının nəticəsi onun indiki mövqeyini müəyyənləşdirib. Əli Kan başqa ölkəyə ezam olunarkən hansı qaydalara riayət etmək lazım olduğundan danışıb. O həm , jurnalıist kimi həm də vətəndaş kimi Azərbaycan-Türkiyə münasibətlərinin konstruktik inkişafında maraqlı olub. Hazırladığı xəbərlərdə isə  hər iki ölkənin  mənafeyinə zərər vura biləcək xəbərlərə xüsusi diqqət yetirib. Təlimin sonunda  o, tələbə gənclərin gələcəkdə lazımı təcrübəyə yiylənməsi üçün hər zaman yanlarında olduğunu, çəkilişlərə onlarla birlikdə yollanmağa hazır olduğunu dedi. Layihənin digər qonağı isə Hüquqşünas Vüqar Məmmədov olub. O tələbə gənclərə jurnalistikanın hüquqi aspektlərini  izah edib. Hüquqşünas fikir, söz, məlumat azadlığının əhəmiyyətini xüsusi qeyd edib. Həmçinin Vüqar Məmmədov söz azadlığının pozulması ilə bağlı  şəxslərin hansı hallarda məsuliyyətə cəlb olunması barədə də  məlumat verib.Tələbələrin suallarını cavablandıran hüquqşünas jurnalistikanın hüquqi tənzimlənməsinin önəmli olduğuna diqqət çəkib.

Qeyd edek ki, “Gənclərin uğur siması” vətəndaş jurnalistikasının yaradılması layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı nəzdində fəaliyyət göstərən “Jurnalistlər” İşçi Qrupunun  təşkilati dəstəyi ilə keçirilir. Sonda layihə rəhbəri Şamil Məhərrəmov tələbələrə növəti təlimlə bağlı məlumat verib və layihənin bukletlərini gənc tələbələrə paylayıb.

1d980baf-b864-4011-85fc-9afeb14bc980 048ce1cb-a1f1-4237-a980-9f40a344a1f1 dea26336-cb84-469e-8acd-8559eb66ef2adfc89807-1005-43ea-86ec-3d6233076fd7

Bəyən və paylaş

Rəylər

rəy(lər)