“Karantində daxili motivasiya” təlimi
Əziz həmvətənlilər!!!
Biz Sizləri bu çətin karantin dövründə passiv olmamağa, bizimlə birgə öyrənərək əylənməyə dəvət edirik
“Karantində daxili motivasiya” təlimi, COVİD-19-un bizi məhdudlaşdırdığı bir zamanda istənilən şəxsə lazım ola biləcək praktiki və nəzəri bilikləri özündə cəmləşdirir.
Təlimdə iştirak etməklə Siz özünüzün malik olduğunuz daxili motivasiyanı anlayaraq onu düzgün şəkildə yönləndirməyə və idarə etməyə nail olacaqsınız. Eyni zamanda, karantin dövründə yaranan ruh düşkünlüyü, həvəssizlik və monoton həyat tərzi v.s bu kimi bir çox problemlərdən də azad olacaqsınız.
Təlimin məqsədi günü-gündən sürətlə dəyişən dünyamızda insanların bu dəyişikliklərə tez uyğunlaşmasını öyrətmək və az da olsa onların həyatına rəng qatmaqdan ibarətdir.
Təlim daxili motivasiya üzrə mütəxəssis, KAZGUU Universitetinin MBA proqramı üzrə məzunu, “Rəngarəng dünyamız”, “Xoş-bəxt” kimi təlimlərin müəllifi Əlizadə Əli tərəfindən tədris olunacaq.
Əgər Siz də karantinə qalib gəlmək və daxili motivasiyanızı kəşf etmək istəyirsinizsə bizə qoşulun.
Tələsin, çox maraqlı olacaq…
Zaman: 27.12.2020, 16:00
Təlim 2 saat davam edəcək.
İştirak pulsuzdur.
Qeydiyyat linki: https://forms.gle/HBCazSR4RLS1nsHX6
Qeyd: Təlimdə yalnız seçilmiş şəxslər iştirak edə biləcək.
Son qeydiyyat tarixi: 25.12.2020