Kart Risklərinin İdarə Edilməsi Şöbəsinin Mütəxəssisi / Baş mütəxəssisi vakansiyası

“Rabitəbank” ASC Kart Biznesi Departamentinin Risklərin İdarə Edilməsi Şöbəsinin mütəxəssisi / Baş mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri:

 

  • Müştərilərin ərizələri əsasında, dələduzluq (Fraud) əməliyyatları üzrə araşdırmalar aparmaq və aidiyyatı üzrə cavablandırmaq;
  • Risklərin onlayn monitorinqi sisteminin adekvatlığı, risklərin idarə edilməsi prosesinin səmərəliliyi və üzləşdiyi risklərin statusu haqqında müvafiq hesabatları təqdim etmək;
  • Risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək;
  • Mastercard, Visa beynəlxalq ödəniş sistemlərinin online sistemdə risk bildirişlərinə nəzarət etmək və müştəriyə müvafiq bildiriş məktublarını göndərmək;
  • Beynəlxalq ödəniş sistemlərinin Fraud proqramlarını monitorinq etmək;
  • Kartların qəbulu (o cümlədən, internet mağazalarda) və istifadəsi üzrə riskləri müəyyən etmək;
  • Mövcud və ya yeni kart biznesi üzrə bankın itkilərinin optimallaşdırılması üçün tövsiyələr hazırlamaq;
  • Dünyada baş verən kart və elektron dələduzluq və kibercinayət hallarını müşahidə etmək, bu sahədə yenilikləri daimi izləmək və zəruriyyət yarandıqda onları tətbiq etmək.

 

Vəzifəyə olan tələblər:

 

  • Ali təhsil (İqtisadi və ya Maliyyə sahəsi üzrə olması arzuolunandır);
  • Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi;
  • Analitik təfəkkür, operativlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
  • Azərbaycan dili səlis, İngilis dili biliyi yaxşı səviyyədə;
  • MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
  • Mərkəzi Bankın normativ xarakterli sənədlərini və təlimatlarını bilmək

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kart Risklərinin İdarə Edilməsi Şöbəsinin Mütəxəssisi / Baş mütəxəssisi” göstərməyiniz xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bir cavab yazın

Back to top button