1 Dekabr 08:38

“Karyera A-dan Z-yə” kitabının təqdimat mərasimi

UNEC İBİ çoxsaylı müraciətləri bir daha nəzərə aldı!

Çoxdandır gözlənilən və çoxsaylı istəklərin sahibi, təcrübəli təlimçi, instruktor Toğrul Ələkbər müəllifi olduğu “Karyera A-dan Z-yə” kitabının təqdimat mərasimi və aktual mövzuların təlimi ilə qonağımız olacaq!

05.12.2015-ci il saat 12:00-da baş tutacaq təqdimat mərasimində “İş axtarışı, müsahibə, şəxsi brend, rezyume karyera quruculuğu” mövzuları əsaslı yer tutacaq.

Məqsəd gənclərin peşəkar inkişaf yolunda ehtiyac duyduqları bütün məlumatları ana dilimizdə rahatlıqla əldə edə biləcəkləri, onlara ixtisas seçimi, düzgün rezyume hazırlanması, karyera planlaması, müsahibə zamanı qarşılaşacaqları çətinliklər və doğru cavabların nələrdən ibarət ola biləcəyini göstərən, təcrübəli şəxslərin biliklərini bölüşdükləri və s. məlumatları özündə ehtiva edən bir vəsaitin – kitabın nəşr oluması vasitəsilə gəncliyimizin inkişafına töhfə verməkdir.

Kitabın hazırlanması müddətində müəlliflər yerli əmək bazarı ilə birgə həmçinin xarici mütəxəssisləri və ədəbiyyatı da araşdırıblar. Bununla yanaşı, kitabı daha faydalı etmək üçün onlar Azərbaycanda, yerli və xarici şirkətlərdə çalışan 10-a yaxın təcrübəli HR mütəxəssislərdən müsahibə götürərək, kitabın ana mövzularına aid fikirlərini alıblar. QEYD edək ki, təşkil olunmuş təqdimat mərasimində HR mütəxəsislərin bir neçəsinin də mərasimdə iştiraki gözlənilir.

Kitab fərdi inkişaf sahəsində Azərbaycan dilində yazılmış nadir kitablardan olaraq “kitab-təlim” formatında yazılıb və oxucu ilə birbaşa ünsiyyətdə olur. Bu kitab faydalı məlumatlarla yanaşı, oxuculara məlumatları daha yaxşı mənimsəmək üçün tapşırıqlar da təqdim edir.

Təqdimat mərasiminə daxildir: Cofe breake, əyləncə, hələ də satışda olmayan eyniadli kitabın əldə olunma şansı və daha nələr nələr.

Təqdimat mərasimində istənilən şəxs iştirak edə bilər və iştirak TAM ÖDƏNİŞSİZDİR.

ONLINE QEYDİYYAT: http://ibi.az/telim-ve-seminarlara-qeydiyyat/

QEYD: Müraciət növünü düzgün qeyd etməyi unutmayın!

Qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur!

Asudə vaxtınızın maksimum səmərəli və daha maraqlı keçməsinə İBİ komandası olaraq zəmanət veririk!

Elavə məlumat üçün əlaqə vasitələri:
Az 1001, İstiqlaliyyət 6, UNEC, otaq 1
Tel/Fax: (+99412) 492 31 21
Mob/Wp: (+99450) 856 02 01
E-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)