12 May 23:43

“Karyera Günü” keçiriləcək

Azərbaycan Universiteti Karyera Mərkəzinin təşkilatçılığı ilə növbəti “Karyera Günü” keçiriləcəkdir. “Karyerada ilk addım” şüarı bu il beşincisi təşkil olunacaq tədbirdə müxtəlif profilli şirkət və müəssisələr iştirakçılara öz vakansiyalarını, təcrübə və təqaüd proqramlarını təqdim edəcəklər.
Bütün işəgötürən və iş axtaranların dəvətli olduğu tədbir 16 may 2019-cu il tarixində Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında keçiriləcəkdir.
Tədbir saat 10.00-da başlayacaq.

Əlaqə telefonu: (+994) 552204068

Bəyən və paylaş

Rəylər

rəy(lər)