25 Aprel 11:37

“Karyera Günü və İş Yarmarkası” keçiriləcək

Əziz məzunlar və tələbələr!

Bakı Amerika Mərkəzi və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Sizi 18 may 2019-cu il tarixində saat 14:00-17:00-da həyata keçiriləcək “Karyera Günü və İş Yarmarkası” tədbirinə dəvət
edir!

Bu tədbirin əsas məqsədi gənclərin böyük şirkətlərdə işləmək üstünlüyünü, yeni çağırışları və Resume (CV) yazılarını və müsahibə bacarıqlarını öyrənmək üçün seminarlarda iştirak etməkdir.

Tərəfimizdən həyata keçirilmiş son “Karyera Günü və İş Yarmarkası”nın iştirakçıları – Azersun, Gilan, Azercell, Azerfon, Bakcell, BP, Azərbaycan Koka-Kola Bottlers LTD, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bank Standard, Deloitte, PwC Azərbaycan kimi ölkənin ən uğurlu şirkət və təşkilatlar
olmuşdur.

Tədbirdə bir sıra treninqlər və İş Sərgisi keçiriləcək.

📋 Tədbirin gündəmi:
14:00 – 14:20 Rəsmi açılış mərasimi
ADU-nun rəsmi nümayəndəsi
ABŞ səfiliriyin rəsmi nümayəndəsi
Şəhla Xudiyeva – ADU Bakı Amerika Mərkəzi
direktoru
Toğrul Ələkbərov – “ABŞ Təhsilli Azərbaycan
Məzunları” İB-nin sədri
14:20 – 15:00 Rezyume yazılması və müsahibəyə hazırlıq təlimləri
(2 sessiya)
15:00 – 17:00 İş yarmarkası (sərgi materiallarının paylanması)

 İştirakınızı təsdiqləmək üçün aşağıda verilmiş link vasitəsilə qeydiyyatdan keçməyiniz xahiş olunur.

 QEYDİYYATDAN KEÇİN: https://forms.gle/U12FMJ9ZUz3esJ4c8

📅 18 May 2019-cu il
🕑 14:00 – 17:00
📍 R. Behbudov küç., 134, Azərbaycan Dillər Universiteti, 1-ci mərtəbə, Bakı Amerika Mərkəzi
☎️ (012) 441 36 80 / 441 22 79 (124)
📧 [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)