11 İyul 11:05

Karyera Məsləhətçisi Vakansiyası

Tech Academy proqramlaşdırma təhsili üzrə ixtisaslaşmışdır və bootcamp (intensiv kurslar) formatında tədris təklif etməkdədir. Full Stack Python kodlaşdırma kursunda tələbələrə python proqramlaşdırma dili və veb proqramlaşdırma dilləri öyrədilir.

Karyera planlama mərkəzi

İş barədə məlumat

Tələbələrin kariyera planlamasın da köməklik etmək

Tələbələrin təlim və inkişaf ehtiyaclarının müəyyən olunması

Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi

Tələbələrin layihələrinin təqdimatı zamanı düzgün və səmərəli təqdim etmə bacarığının təşkil edilməsində dəstəyin göstərilməsi

Məzun CV-nin yaradılması

İş vaxtı: 09:30-19:00

İş günləri: 1-5 ci günlər

Əmək haqqı 1000-1200 AZN

Namizədə tələblər

Yaş: 25 yaş + üzəri

İnsan resurslarının idarəedilməsi üzrə və ya ona uyğun sahə üzrə bakalavr dərəcəsi
– Azərbaycan, Rus və İngilis  dillərində səlist danışma qabiliyyəti

– İnsan resursları sahəsində ən azı 2 il iş təcrübəsi
– Kadr işi sahəsində minimum 2 il iş təcrübəsi
– Praktiki Əmək Məcəlləsi təcrübəsi
– Kadr işinə aid sənədləşmə və yazışma praktikası
– Kadr işinə aid prosedur qaydaları bilmək

– Təlim və inkişaf sahəsində minimum 3 il iş təcrübəsi

İnsanlarla bütün səviyyələrdə işləmək imkanı verən şəxsiyyətlərarası əlaqə bacarığı

Əməkdaşların aydın məlumatlandırılması və konsultasiya edilməsinə imkan verən yazılı və şifahi ünsiyyət qabiliyyəti

Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı
Təşəbbüskar və yeni ideyalar təklif etmə bacarığı

Qoyulmuş tarixlərə və hədəflərə çatmaq üçün təşkilati və planlaşdırma bacarıqları

– Yüksək səviyyədə (MS Word, MS Excel, Outlook) ilə işləmə bacarığı

– Məsuliyyətli, operativ, dəqiqlik, etibarlılıq kimi müsbət göstəricilərə sahib
– Səliqəli, xoş xarici görkəm

Vakansiya ilə maraqlanan namizədlərdən şəkilli CV-lərini “[email protected]” – mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində “Karyera Məsləhətçisi Edumap.az” qeyd etmələri xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)