24 Aprel 16:14

“Karyerada ilk addım” devizi altında tədbir keçiriləcək

2 may 2017-ci il tarixində saat 11:00-da Bakı Biznes Mərkəzində (Bakı şəhəri, Neftçilər prospekti 44)  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi,  Azərbaycan Turizm və Menecment Universitetinin  təşkilatçılığı ilə tələbə və məzunların turizm sahəsi üzrə əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə “Karyerada ilk addım” devizi altında tədbir keçiriləcəkdir.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri və aidiyyəti müəssisələr tərəfindən vakant iş yerləri və karyera planları haqqında məlumatlar təqdim ediləcəkdir.

Turizm sahəsində ali təhsilli və yaxud təhsil alan, müvafiq sertifikat kurslarını bitirən, müəyyən iş təcrübəsi olub hazırda iş axtaran turizm sahəsi üzrə bütün maraqlı şəxsləri (CV-ləri ilə birgə) tədbirə dəvət edirik.

Bəyən və paylaş

Rəylər

rəy(lər)