18 Aprel 20:12

“Karyeranı qur” layihəsi keçirilir

Karyeranı bizimlə qur!
Gənclərin İnkişaf və Karyera Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə məşğulluğun inkişafına dəstək olmaq məqsədilə “Karyeranı qur” layihəsini təqdim edir.
Layihənin məqsədi işsiz və iş axtaran gənclər üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihə çərçivəsində əmək bazarında iş axtaran insanlar hər gün müxtəlif təlim və seminarlarda iştirak edəcəklər. Təlimlər həftənin 5 günü saat 10:00-13:00 arası olmaqla həyata keçiriləcək.

Layihə periodu
– iş axtarma bacarıqlarının inkişafı təlimləri
– departamentlərdə iş
– fəal iş axtarma metodları
– şəbəkənin genişləndirilməsi
– əldə edilmiş nəticələrin təhlili
-motivasiyanın təmin edilməsi
olmaqla bir neçə mərhələdən ibarətdir. Layihə 2 həftə davam edəcək, iştirakçılara layihənin sonunda sertifikat və tövsiyə məktubları veriləcək.
İştirakçılar müxtəlif təhsil, iş təcrübəsinə malik və ya heç bir iş təcrübəsi olmayan isşiz və iş axtaran gənclərdən 15 nəfər olmaqla seçiləcək.
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən aparılacaq:
• Namizəd ali təhsilli (təhsilini bitirmiş) olmalı;
• Motivasiyalı olmalı;
• Layihəyə müraciət etdiyi dövrdə işsiz olmalı;

Gənclərin İnkişaf və Karyera Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri müxtəlif təlim, seminarlar və layihələr təşkil edərək məşğulluğun inkişafı üçün əsaslı addımlar atmaqdır.
Layihədə iştirak ödənişsizdir.
Layihədə iştirak etmək üçün qeydiyyatdan keçin.
Qeydiyyat üçün: http://bit.ly/2Dj3sAo
Son qeydiyyat tarixi 24 aprel

#baku #Azerbaijan #youthacademy #business

Daha ətraflı:
[email protected]
📞 (+994) 70 440 51 43
(+994) 12 440 51 43
📍Nəsimi r., Kaveroçkin küç. 30 (Amerika Səfirliyi ilə üzbəüz)

Bəyən və paylaş

Rəylər

rəy(lər)