3 May 15:23

Karyeranın BİRinci addımları bizimlə!

Karyeranın BİRinci addımları bizimlə!

Biz bilirik ki, öyrənmək istəyirsən. Qəbul edirik ki, iş təcrübən yoxdur. Hazırıq ki, bizimlə öyrənəsən!

Komandamıza qoşulub, mehriban kollektivdə real iş təcrübəsi qazanmaq üçün elə indi müraciət et!

Təcrübə proqramına qəbul istiqamətləri: SMM (Sosial Medya Menecmenti), Dizayn və nəşrlər

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

SMM ÜZRƏ
• Sosial şəbəkələrdəki hesablar üçün paylaşım qrafikinin tərtib olunması;
• Postların hazırlanması, yerləşdirilməsi və izlənməsi;
• Şərh və mesajların cavablandırılması;
• Onlayn kampaniyaların təşkili, idarəolunması və hesabatlılığı;
• Analiz və təhlil əsasında təkliflərin verilməsi və həyata keçirilməsi;

DİZAYN VƏ NƏŞRLƏR ÜZRƏ

• Fəaliyyət istiqamətləri üzrə ehtiyacların müəyyən olunması;
• Ehtiyaclar üzrə aylıq, həftəlik və rüblük planların tərtib olunması;
• Plan əsasında dizayn və nəşr məhsullarının hazırladılması və yerləşdirilməsi;
• Dizaynerlərə məsləhət verilməsi və onların istiqamətləndirilməsi;
• Fəaliyyətlər üzrə hesabatların tərtib olunması;

NAMIZƏDƏ TƏLƏBLƏR:

• “Bir” tələbə-könüllü proqramının üzvü olmalı;
• Azərbaycan dilində səlis yazmaq, oxumaq və danışmaq bacarığı (rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək);

DİGƏR MƏLUMATLAR:

İş saatı: fərdi olaraq razılaşdırılacaq
Fəaliyyət könüllülük prinsipləri əsasında həyata keçiriləcək.
Proqrama qoşulmaq üçün 07.05.16 tarixinədəkhttps://goo.gl/USMtP3 ünvanı vasitəsi ilə müraciət etmək lazımdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)