15 Aprel 22:21

Karyeranız üçün vacib Karyera planı

Karyeranız üçün vacib Karyera planı

Günbəgün yeni iş imkanları yarandıqca, bir çox iş sahələri tarixin tozlu səhifələrində yer almağa başlayır. İnsanlar gələcəkdə hansı iş sahələrinin olacağını və artıq hansılarının olmayacağı ilə maraqlanır. İmkanlar getdikcə dəyişir, fərqlənir və artır.İş dünyası hər gün bir az daha genişlənir və sərhədlər yoxa çıxır. Beləliklə, bunları nəzərə alaraq nə etmək istədiyinizə əminsinizmi? Bir karyera planı hazırlamısınızmı?

Günbəgün yeni iş imkanları yarandıqca, bir çox iş sahələri tarixin tozlu səhifələrində yer almağa başlayır. İnsanlar gələcəkdə hansı iş sahələrinin olacağını və artıq hansılarının olmayacağı ilə maraqlanır. İmkanlar getdikcə dəyişir, fərqlənir və artır.İş dünyası hər gün bir az daha genişlənir və sərhədlər yoxa çıxır. Beləliklə, bunları nəzərə alaraq nə etmək istədiyinizə əminsinizmi? Bir karyera planı hazırlamısınızmı? 

Karyera planı iş həyatınızda hədəfinizə aparan yolun planlaşdırılmasıdır. Bugünkü iş dünyasında karyera planı olmazsa olmazdı.Gəlin,birlikdə karyera planının necə qurulacağını, nə işə yarayacağını və nəyə görə vacib olduğunu görək.

1) Karyera planınız üçün güclü tərəflərinizdən yararlanın! 

Gallup-a görə, iş yerində güclü tərəflərindən bəhrələnənlər işə daha çox bağlı qalırlar. Buna görə, karyeranızdan zövq almaq və həmkarlarınızla daha çox əməkdaşlıq etmək istəyirsinizsə, güclü tərəflərinizin nə olduğunu bilməyiniz çox vacibdir. Bunu bildikdən sonra bu güclü cəhətlərdən yararlana bilərsiniz.

Güclü tərəflərinizi dərk etmək vacibdir. Ancaq əlbəttə ki, zəif tərəflərinizi gözardı etməməlisiniz. Bundan əlavə, BiggerPockets.com’a görə zəif tərəflərinizə diqqət vermək əsas strategiyanız olmamalıdır.

2) Doğru istiqamətdə addım atmalısınız.

Heç kim karyeranızı inkişaf etdirməyə çalışmayacaq. Uğurlu karyera təsadüfi deyil. Uğur qazanmaq üçün hara getmək istədiyinizi bilməlisiniz. Bu yolla, mərhələlərinizi təşkil edəcək bacarıqlarınızı inkişaf etdirməyə çalışa bilərsiniz.

Məsələn, bir şirkətin müştəri xidmətləri nümayəndəsisinizsə və şirkətin baş direktoru olmaq istəyirsinizsə, ora çatmaq üçün hansı addımları atmalı olduğunuzu bilməlisiniz. Əvvəlcə, nəzarətçi olmaqdan başlaya bilərsiniz. Sonra bir komanda meneceri olmağa və buna uyğun işlədikdə nə etməli olduğunuzu öyrənə bilərsiniz. Bir yerdən başqa yerə keçmək üçün bu istiqamətdə işləmək lazımdır.

Karyera planı qurduğunuzda düzgün istiqamətdə addımlar atma ehtimalı daha yüksək olacaq. İşlər planlaşdırıldığı kimi getməsə, xarici gücləri günahlandıra bilməyəcəksiniz. Bunun əvəzinə öz səhvlərinizi görəcəksiniz. Geri addım ata, marşrutu düzəldə və yenidən yolunuza davam edə bilərsiniz!

3) Özgüvəninizi artırın!

Hara getdiyinizi bilmirsinizsə,yanlış yerdə ola bilərsiniz. Bundan əlavə, aydın bir hədəfiniz yoxdursa, ortaya çıxan fürsətlərdən faydalanmaq üçün lazımi özgüvəni qazanmaq çətin olacaqdır.

Məsələn, bir komanda meneceri olmaq istəyirsinizsə, ancaq bu məqsədə çatmaq üçün planınız yoxdursa,iş üçün başqaları ilə rəqabət aparmağa hazır olmaya bilərsiniz. Bu sizi ruhdan sala bilər.

Gündəlik iş həyatınızda istiqamət və məqsəd hissini qazanmaq üçün bir plana ehtiyacınız var. Bu işinizi daha həvəsli edəcəkdir.

Ən yaxşı karyera planını necə yaratmaq olar?

Karyera planının niyə yaxşı bir fikir olduğunu başa düşdüyünüzə görə, bunun necə həyata keçiriləcəyini müzakirə edək. Yolunuza davam edərkən bu üç addımı nəzərdən keçirin.

1) Karyera planı hazırlayarkən böyük düşünün!

Karyera planınızla özünüzü ucuz satmayın. Xəyalınızdakı işinizə çatmaq üçün bacarıqlarınız hazırda qeyri-kafi olsa da, bu, xəyalınıza çatmaq üçün çalışmağınıza mane olmamalıdır. Planınıza baxaraq daha çox motivasiya qazana bilərsiniz.

Ayrıca, karyera planını cari iş və ya yolunuzla məhdudlaşdırmayın. Xəyalınızdakı  işiniz, mövcud karyeranızla əlaqəli olmayan bir iş görməyinizi tələb edərsə, keçid üçün addımlar atın.

2) Güclü tərəfinizi və nəyi sevdiyinizi müəyyənləşdirin!

Karyera planlaşdırma mövzusunda qaynaq yaratmaq əsas motivasiya mənbəyidir. Ancaq əsas hədəfiniz pul olmamalıdır. Niyə? Yalnız pula diqqət etmək, bədbəxt bir iş təcrübəsinə və erkən tükənməyə səbəb ola bilər.

Bunun əvəzinə nə etməyi sevdiyinizə və nəyin yaxşı olduğuna diqqət yetirin. Qabiliyyətlərinizi və işinizlə bağlı sevdiyiniz şeyləri müəyyənləşdirməkdə çətinlik çəkirsinizsə, ailə üzvlərinizdən, dostlarınızdan və hətta etibarlı həmkarınızdan soruşmaqdan çəkinməyin. Onlar keçmiş söhbətlərinizdən və həyatınızdan nümunələr gətirərək sizə kömək edəcəklər.Sizin müsbət və mənfi tərəflərinizi sizə bildirəcəklər.

Bu araşdırma sizə sahib olduğunuz ama bilmədiyiniz bacarıqlarınıza da işıq sala bilər.

3) Uyğunlaşın!

Karyeranızın planladığınız kimi tam olaraq çıxacağına zəmanət yoxdur.Xəyalınızdakı işinizə doğru addımlar atdığınız zaman seçimlərinizin dəyişdiyini başa düşəcəksiniz.Buna görə də karyera planını düzəltməkdən qorxmayın.Bunu etmək xəyallarınızdan imtina etməyiniz demək deyil.Sadəcə onu yenidən düzəltməyiniz deməkdir.

Xəyalınızdakı karyeranız üçün bir fürsət tapmadınızsa, fərqli bir sahədə çalışarkən xəyallarınız üçün özünüzü inkişaf etdirə bilərsiniz.Karyera planınız həyata keçmədi deyə xəyallarınızdan imtina etməməlisiniz.

Öz planlaşdırma prosesinizi davam etdirərkən nəyin dəyişdiriləcəyini və nə qoyulacağını təyin edə bilərsiniz.Bunlara uyğunlaşsanız, sizin üçün açılan qapılara təəccüblənə bilərsiniz.Bəlkədə,özünüzü yeni bir karyerada da görə bilərsiniz.

Durğunluq dönəmində şirkətlərin mütləq atması gərəkən addımlar haqqında məqaləyə nəzər yetirmək üçün buraya klikləyin.

Mənbə: https://markzone.az/

Bəyən və paylaş