Cümə axşamı, 21 Avqust, 2025

Kaspi Kids "Ələkbər əmi"nin xatirəsini anıb


  • Dərc edildi: 7 İyul, 2025 - 12:34
Kaspi Kids "Ələkbər əmi"nin xatirəsini anıb

“Öyrən, əylən və parla” adlı mahnı klip uşaqlara əylənərək öyrənməyi təşviq edir.

7 iyul - Əməkdar artist, Kukla Teatrının baş rejissoru, uşaqların sevimli “Ələkbər əmi”si kimi tanınan aktyor Ələkbər Hüseynovun doğum günüdür. “Ələkbər əmi” Dövlət Kukla Teatrının səhnəsində yaratdığı və quruluş verdiyi rəngarəng obrazlarla uşaqların vaxtlarının əyləncəli keçməsinə, dünyagörüşlərinin formalaşamasına, incəsənətə maraqlarının artmasına çoxlu töhfələr verib.

Aktyor bir sıra beynəlxalq festivallarda iştirak edib, “Humay” və “Qızıl Dərviş” mükafatlarına, 2007-ci ildə Polşanın “Təbəssüm Ordeni” mükafatına layiq görülüb. 

"Ələkbər əmi" uzun müddət Azərbaycan Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub. ”Göydən 3 alma düşdü”, “Hər birimiz bir çiçək” verilişləri ilə uşaqlığımızın ən unudulmaz xatirəsinə çevrilən "Ələkbər əmi" ni doğum günündə hörmətlə anırıq.

“Kaspi Kids” komandasının ərsəyə gətirdiyi yeni uşaq mahnı klipini "Ələkbər əmi" nin əziz xatirəsinə ithaf edərək, bütün balalara hədiyyə edir.

“Öyrən, əylən və parla” adlı mahnı klip uşaqlara əylənərək öyrənməyi təşviq edir.

Klipdə səslənən mahnının sözləri Rəqsanə Xanlarovaya, musiqisi Aliyə Sabir qızına, arenjeman Majnuna məxsusdur. Mahnını Həbibə Səfərli, Sürayyə Məmmədli və Nərgiz Bayramova ifa edirlər.

Klip “Parpar studiya”sının istehsalıdır.

https://www.youtube.com/watch?v=IHN7IWFFp3Q

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 84
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7066
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1825
Azərbaycan Texnologi...