15 Noyabr 18:57

“Kaspi” Təhsil Şirkəti 17 sahəni əhatə edən ödənişli Təcrübə Proqramı elan edir!

“Kaspi” Təhsil Şirkəti müxtəlif vəzifələr üzrə ödənişli Təcrübə Proqramı elan edir!

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 12 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı əməkdaşlarının fərdi və professional inkişafı üçün lazımi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasına başlamaq və inkişaf etmək istəyən namizədləri öz komandasına dəvət edir.

 

Artıq 6-cı ildir ki, həyata keçirilən “Kaspi” Təcrübə Proqramının əsas məqsədi ali məktəblərin son kurs tələbələrinə və yeni məzun olmuş şəxslərə öz ixtisasları üzrə təcrübə qazanmaq imkanı yaratmaq, cəmiyyətdə ixtisaslı kadrların formalaşmasına dəstək olmaqdır. Təcrübə Proqramına qoşulmaq istəyən namizədlər iki mərhələdən ibarət (imtahan və müsahibə) müsabiqədən keçərək proqramda iştirak etmək hüququ qazanacaqlar. Proqramda iştirak hüququ qazanmış şəxslər 4 ay ərzində Şirkətin müxtəlif struktur bölmələrində peşəkar komanda ilə birlikdə real iş mühitində təcrübə keçəcəklər. Təcrübə Proqramını uğurla başa vuran təcrübəçilər sonda “Kaspi” Təhsil Şirkəti tərəfindən sertifikatla təmin olunmaqla yanaşı işlə təmin olunma imkanı da əldə edəcəklər.

 

“Kaspi” Təcrübə Proqramı aşağıdakı sahələri əhatə edir:

 

İnzibati vəzifələr:

  • İnsan resursları;
  • Maliyyə;
  • Qeydiyyat;
  • İctimaiyyətlə əlaqələr.

Pedaqoji vəzifələr (azərbaycan və rus bölmələri üzrə):

  • Azərbaycan dili və ədəbiyyatı;
  • Rus dili və ədəbiyyatı;
  • Riyaziyyat;
  • İngilis dili;
  • Rus dili;
  • Kimya;
  • Fizika;
  • Biologiya;
  • Tarix;
  • Coğrafiya;
  • İnformatika;
  • İbtidai təhsil;
  • Məktəbəqədər təhsil.

Tələb olunan bilik və bacarıqlar:

  • Peşəsinə yüksək motivasiya ilə yanaşma;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Yüksək çalışmaq, öyrənmək və öyrətmək həvəsi.

Minimum vakansiya tələbləri:

Təhsil səviyyəsi: Müvafiq sahə üzrə bakalavriatura pilləsinin sonuncu kurs tələbələri; magistratura pilləsinin 1 və 2-ci kurs tələbələri; 2018 və 2019-cu ilin ali məktəb məzunları.

Vəzifə öhdəlikləri:

İnsan resursları

  • İş üçün müraciət etmiş namizədlər və əməkdaşlar haqqında məlumatların departamentin elektron məlumat bazalarında yerləşdirilməsi və lazımi əməliyyatların aparılması;
  • İşəqəbul prosesinin (imtahan, açıq dərs, müsahibə) təşkilində və icrasında iştirak;
  • Şirkətdaxili tədbirlərlə bağlı təkliflərin hazırlanması və icrasında iştirak;
  • İşə yeni qəbul olan əməkdaşlar üçün şəxsi işlərin formalaşdırılmasında iştirak etmək və mütəmadi olaraq mövcud şəxsi işləri yoxlamaq və yeniləmək;
  • Tapşırılan digər müvafiq işləri həyata keçirmək.

 

Maliyyə

  • Müxtəlif mühasibatlıq məlumatlarının yoxlanılması;
  • Əmək haqqı hesablama cədvəlinin tərtib olunması;
  • Elektron hökumət portalında müvafiq əməliyyatların həyata keçirilməsi;
  • Vergi hesabatlarının (BTP proqramı) və DSMF hesabatlarının (B1,B5) tərtibi;
  • Bank əməliyyatlarının (ödəniş tapşırığının tərtibi, hesablaşmalar və s.) həyata keçirilməsi;
  • Mühasibatlığa dair digər tapşırıqların yerinə yetirilməsi.

İctimaiyyətlə əlaqələr

  • Şirkətin fəaliyyəti ilə bağlı press-relizlərin, elanların hazırlanması;
  • Şirkətin sosial şəbəkələrinin idarə olunmasında iştirak;
  • Şirkətin mövqeyini gücləndirmək məqsədi ilə PR kampaniyalarının təşkili, idarə olunması, ölçmə və qiymətləndirmə proseslərində iştirak;
  • Sosial media və bazara çıxarılacaq bütün nəşr və mətnlərə nəzarət etmək;
  • Şirkətin elektron poçt ünvanlarına və sosial media səhifələrinə daxil olan mesajları cavablandırmaq;
  • Həftəlik və aylıq sosial media hesabatlarının hazırlanmasında iştirak;
  • Digər sosial media kanallarının analizi.

Qeydiyyat

  • Daxil olan zəngləri və yazılı müraciətləri cavablandırmaq və digər bölmələrə aid olan müraciətləri təyinatı üzrə yönləndirmək;
  • Zənglərin və müştəri məlumatlarının qeydiyyatını aparmaq və mütəmadi olaraq yeniləmək;
  • Müraciət edən şəxslərə məhsul və xidmətlər barədə məlumat vermək;
  • Müraciətlərin predmetini müəyyənləşdirmək və uyğun istiqamətdə səlahiyyət daxilində köməklik göstərmək və ya müəssisə daxilində müvafiq olaraq yönləndirmək;
  • Qəbul prosesini həyata keçirmək məqsədi ilə müvafiq imtahanları təşkil etmək, imtahan nəticələrini  sistemləşdirmək, müraciətçiləri məlumatlandırmaq.

Pedaqoji vəzifələr

  • Dərs materiallarının hazırlanmasına köməklik göstərmək;
  • Şagirdlərlə dərsdənkənar əlavə məşğələlər keçirmək;
  • Açıq dərslər hazırlamaq və təqdim etmək;
  • Qiymətləndirmə materiallarının sistemləşdirilməsinə köməklik göstərmək;
  • Dərslərdə müşahidəçi qismində iştirak etmək.

İş yeri:            “Kaspi” liseyləri, “Kaspi” uşaq bağçaları, “Kaspi” təhsil mərkəzləri, “Kaspi” Təhsil Şirkətinin baş ofisi

Elan tarixi:     1 noyabr 2019-cu il

Müraciət üçün son tarix:      25 noyabr 2019-cu il

Təcrübə müddəti:      15 fevral-15 iyun 2020-ci il

  • Tələblərə cavab verən və müraciət etmək istəyən şəxslər http://kaspi.edu.az/career keçidinə daxil olub iddia etdiyi vəzifə bölməsində Təcrübəçi vəzifəsini və müvafiq sahəni seçməklə müraciət edə bilərlər.
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

 

 

İŞƏ MÜRACİƏT FORMASI

Bəyən və paylaş

Rəylər

rəy(lər)