30 Avqust 09:59

“Kaspi” Təhsil Şirkəti İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssis vəzifəsi üçün vakansiya elan edir

Minimum vakansiya tələbləri:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Azərbaycan və İngilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı, Rus dili üzrə biliklər arzuolunandır;
  • Microsoft Office proqramlarından istifadə bacarığı;
  • Danışıqlar aparma, fərdi söhbət və problem həlletmə bacarıqları;
  • Yüksək dərəcədə məsuliyyətlilik və etibarlılıq.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin ünsiyyət strategiyalarını və ictimai əlaqə proqramlarını həyata keçirmək;
  • Şirkətin mövqeyini gücləndirmək məqsədi ilə PR kampaniyalarını təşkil və idarə etmək, onları ölçmək və qiymətləndirmək;
  • Brend təşəbbüslərini işləyib hazırlamaq və həyata keçirmək üçün Şirkət Rəhbərliyi ilə birgə işləmək;
  • Press-kitlər, press-relizlər, informasiya bülletenləri, təqvim cədvəlləri hazırlamaq və yaymaq;
  • Marketinq və reklam məsələləri ilə bağlı təklifləri dəyərləndirmək, müvafiq Struktur Rəhbəri ilə müzakirə etmək və cavablandırmaq;
  • Şirkətin elektron poçt ünvanlarına və sosial media səhifələrinə daxil olan mesajların və rəylərlərin cavablandırılmasını izləmək və ehtiyac olduğu hallarda cavablandırmaq;
  • Bütün media siyahılarını və əlaqə məlumatlarını inkişaf etdirmək və lazımi səviyyədə saxlamaq;
  • Mətbuatla və əsas bazarda biznes tərəfdaşları ilə müsbət münasibətlər qurmaq və inkişaf etdirmək;
  • Şirkətin göstərdiyi xidmətlərin mükəmməlliyini qorumaq məqsədi ilə rəqib şirkətlərin fəaliyyətini araşdırmaq və izləmək;
  • Ehtiyac yarandıqda Şirkətin təmsilçisi kimi media və ictimaiyyət qarşısında çıxış etmək;
  • Ən yeni foto və video kitabxananı, o cümlədən bütün mətbuat konfranslarının və digər xüsusi tədbirlərin foto-yazılarını qoruyub saxlamaq;
  • Şirkət barədə mətbuatda çıxan xəbərləri izləmək və arxivləşdirmək;
  • Sosial media və bazara çıxarılacaq bütün nəşr və mətnlərə nəzarət etmək;
  • Şirkətə daxil olan şikayətlərin araşdırılmasını, qeydiyyatının aparılmasını və cavablandırılmasını izləmək;
  • Müştəri məmnunluğunu ölçmək məqsədi ilə müxtəlif növ sorğuları tərtib etmək, keçirilməsini təşkil etmək və gedişatına nəzarət etmək;
  • Şirkət adından müxtəlif məzmunlu məktublar yazmaq, onların qeydiyyatını aparmaq və müvafiq ünvanlara göndərmək.

İş yeri: “Kaspi” Təhsil Şirkətinin Baş Ofisi (Ünvan: Xocalı pr. 86)

Elan tarixi: 28.08.2018

Son müraciət tarixi: 02.09.2018

  • Maraqlananlar http://kaspi.edu.az/career/ keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

 

İŞƏ MÜRACİƏT FORMASI

Bəyən və paylaş

Rəylər

rəy(lər)