14 Yanvar 18:17

Kaspi” Təhsil Şirkəti mühasib vəzifəsi üzrə vakansiya elan edir

Kaspi” Təhsil Şirkəti mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:

  • Lisey üzrə daxil olan və çıxan pul vəsaitlərinin, əmtəələr və mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq, onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında və düzgün mühasibat uçotunda əks etdirilməsini təmin etmək, onların inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək;
  • Xərc smetalarının icrasını, görülən iş və xidmətlərin uçotunu aparmaq;
  • Liseyin göstərdiyi məhsul və xidmətlərin maya dəyərinin hesablanması üzrə tövsiyələr vermək və məlumatla təmin etmək;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək və prosesə nəzarət etmək;
  • Mövcud qanunvericiliyə uyğun olaraq liseyin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarını tərtib etmək və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Liseyin əmək haqqı fondunun xərclənməsinə nəzarət etmək;
  • Liseyin aylıq və illik maliyyə hesabatlarının hazırlanması üzrə tövsiyələr vermək və lazımi dəstək göstərmək;
  • Şagird ödənişlərinin vaxtında yığılmasını təşkil etmək, gecikdirilən ödənişlərlə bağlı müvafiq tədbirlər görmək;
  • Digər tapşırılan mümkün vəzifələri yerinə yetirmək.

Vakansiya tələbləri:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
  • MS Office proqramlarından yüksək istifadə bacarığı.

 

Əlavə məlumatlar:

  • İş qrafiki: I-V günlər  09:00-18:00
  • İş yeri: Bakı ş., “Kaspi” liseyi
  • Elan tarixi: 14.01.2019
  • Son müraciət tarixi: 31.01.2019

Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI

Bəyən və paylaş

Rəylər

rəy(lər)