5 Yanvar 21:20

“Kaspi” təhsil şirkəti Təcrübə Proqramını elan edir

“Kaspi” təhsil şirkəti azərbaycan və rus bölmələri üzrə aşağıdakı istiqamətlərdə Kaspi Təcrübə Proqramını elan edir:

Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, İngilis dili, Rus dili, Kimya, Fizika, Biologiya, Tarix, Coğrafiya, Məktəbəqədər təhsil, İbtidai sinif müəllimi.

 

Tələb olunan bilik və bacarıqlar:

Peşəsinə yüksək motivasiya ilə yanaşma;


Fərdi və komandada işləmək bacarığı;


Yüksək çalışmaq və öyrətmək həvəsi;

Minimum vakansiya tələbləri:

Təhsil səviyyəsi: bakalavriatura pilləsinin 4-cü kurs tələbələri, magistratura pilləsinin 1 və 2-ci kurs tələbələri, 2015 və 2016-cı ilin məzunları.

Vəzifə öhdəlikləri:


Dərs materiallarının hazırlanmasında köməklik göstərmək;


Şagirdlərlə dərsdənkənar əlavə məşğələlər keçirmək;


Açıq dərslər hazırlamaq və təqdim etmək;


Qiymətləndirmə materiallarının sistemləşdirilməsinə köməklik göstərmək;


Dərslərdə müşahidəçi qismində iştirak etmək.

İş yeri: Kaspi liseyləri, Kaspi bağçaları, Kaspi təhsil mərkəzləri

Yerləşdiyi ərazi: Bakı

Elan tarixi: 22 Dekabr 2016-cı il

Son tarix: 8 Yanvar 2017-ci il

İş saatları: 9:00-13:00 və ya 13:00-17:00 (Tələbənin dərs növbəsindən asılı olaraq)

Müddəti: 3 (üç) ay

Tərəfimizdən ödənilir: Nahar və yol xərcləri

Təcrübə proqramının sonunda tələbələr (məzunlar) “Kaspi” Təhsil Şirkəti tərəfindən sertifikatla təmin olunacaqlar.

Təcrübə proqramını uğurla bitirən tələbələr işlə təmin olunma imkanı əldə edəcəklər.

Qeyd: Namizədlər onlayn müraciət formasında iddia etdiyi vəzifə bölməsindən Təcrübəçi vəzifəsini seçməklə müraciət edə bilərlər.

Maraqlananlar veb səhifədə (http://www.kaspi.edu.az/site/index) karyera bölməsində göstərilən onlayn müraciət formasını dolduraraq müraciət edə bilərlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)