13 Sentyabr 10:33

“Kaspi” Uşaq Musiqi və İncəsənət Məktəbinə aşağıdakı sahələr üzrə müəllimlərin işə qəbulunu elan edir.

“Kaspi” Təhsil Şirkəti 2019-2020-ci tədris ili üçün “Kaspi” Uşaq Musiqi və İncəsənət Məktəbinə aşağıdakı sahələr üzrə müəllimlərin işə qəbulunu elan edir.

  • Fortepiano;
  • Skripka;
  • Xor;
  • Tar.

Minimum vakansiya tələbləri:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Sahə üzrə musiqi məktəbində ən azı 3 illik pedaqoji təcrübə.

Tələb olunan bilik və bacarıqlar:

  • Peşəsinə yüksək motivasiya ilə yanaşma;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Yüksək çalışmaq və öyrətmək həvəsi;
  • Sinfin idarə edilməsi bacarığı;
  • Müxtəlif yaş qrupundan şagirdlərlə çalışmaq qabiliyyəti;
  • Şagirdlərlə müsabiqələrə hazırlıq təcrübəsi;
  • Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.

“Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

  • Rəqabətə davamlı əmək haqqı;
  • Fərdi inkişaf imkanları;
  • Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
  • Böyük, mehriban və dəstəkləyici işçi heyəti ilə işləmək imkanı;
  • Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.

 

İş yeri:             “Kaspi” Liseyinin Ağ şəhər filialı – Xocalı pr. 57A

Elan tarixi:     09.09.2019

Son müraciət tarixi: 20.09.2019

 

  • Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

 

İŞƏ MÜRACİƏT FORMASI

Bəyən və paylaş

Rəylər

rəy(lər)