Katibə-referent tələb olunur

Təcili katibə-referent tələb olunur:

• Gündəlik e-mailləri yoxlamaq, gələn məktubları müvafiq şöbələrə və şəxslərə çatdırmaq;
• Telefon zənglərini, faksları qəbul etmək;
• Direktorun verdiyi tapşırıqları müvafiq şöbə və şəxslərə çatdırmaq;
• Gündəlik kargüzarlıq işini təşkil etmək;
• Çap, kseroks və digər işləri görmək;
• Gələn qonaqları qarşılamaq;
• Telefonaqramaları qəbul etmək və vermək;
• Öz sahəsinə aid olan sənədlərin dəqiq şəkildə aparmaq, sənədlərin saxlanmasının və düzgün olmasının təmin etmək.

Tələblər:
– Ali təhsil;
– Ofis proqramlarından sərbəst işləməli;
– İşgüzar etikaya bələd olmalı;
– İşində səliqəli, məsuliyyətli olmalı, komandada işləməyi bacarmalı;
– Öyrənmək istəyi və qabiliyyəti (Azərbaycan, rus və ingilis dillərini sərbəst şəkildə bilən, lakin iş təcrübəsi olmayanlar da müraciət edə bilər);
– Yaş həddi qoyulmur.

ƏSAS TƏLƏB:
Azərbaycan, rus ve ingilis dillərini MÜKƏMMƏL şəkildə bilmək, bu dillərdə sənədləri tərtib etmək, danışıqlar aparmaq, xarici layihələrin texniki sənədlərini tərcümə edə bilməyi bacarmaq əsas tələbdir.

İş qrafiki:

– Bazar ertəsi – cümə: 07.50 – 17.00
– Nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda sadaladığım keyfiyyətlərə malik olan namizədlər [email protected] ünvanına rezumelerini göndərə bilərlər.

Rəylər

rəy(lər)