11 Dekabr 09:35

“Keçmişdən gələn zəng” / Murad Muradov

Keçmişdən gələn zəng (27 dəq.)
Qarşılıqsız sevgi hekayəti: Samir ilə görüşmək üçün Sonya Moskvadan gəlir, sevdiyi bu insanla onun arasında bir vaxtlar olmuş münasibətləri yenidən canlandırmaq istəyir, amma Samir, əvvəlki kimi, sevgini bir əyləncə sanır və taleyin ona bəxş etdiyi bu fürsəti dəyərləndirməyə əsla qadir deyil…

Murad Muradov – gənc Azərbaycan kinorejissoru. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsini bitirmişdir, həmçinin Beynəlxalq Kino Məktəbində təhsil almışdır. Çəkdiyi filmlər bir çox festivalların qalibi olmuşdur. Bundan əlavə o, “İlk döyüş” (13 dəq.), “Su”(1 dəq.), “Köhnə və Yeni Bakı” (10 dəq.), “Səsin Mirzəsi” (35 dəq.) və s. filmlərin rejissorudur. Bir çox kino festivalların iştirakçısıdır, o cümlədən: Moskva “Debüt” Kino Festivalı və Beynəlxalq “Şərq-Qərb” Kino Festivalı.

Film Azərbaycan dilində nümayiş etdiriləcək.
18+
15 dekabr 2015-ci il
saat 19:00-da
YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı meydanı yaxınlığında)
Giriş sərbəstdir

Bəyən və paylaş