Keepface-də təcrübə (internship) proqramı

Ölkənin ən böyük startuplarından biri olan Keepface-in Azərbaycan komandasına, təcrübə (internship) proqramına yeni üzvlər axtarışındayıq.

– Əgər digital marketing sahəsinə maraqlısansa,
– Sosial şəbəkələrdə influencerların/məşhurların paylaşımlarını təhlil etməyi hətta stalklamağı sevirsənsə,
– Gənc və daim inkişafa meyilli komandanın bir üzvü olmaq istəyirsənsə,
– Universiteti yeni bitirmisənsə,
– Microsoft Ofis Proqramlarını orta səviyyədə bilirsənsə,
– Azərbaycan dilini mükəmməl bilirsənsə (ingilis dili və ya rus dili üstünlükdür),
– Aktiv, öyrənməyə meyilli, tapşırıqlara qarşı məsuliyyətli, ünsiyyət qurmağı çox yaxşı bacarırsansa və ən əsası asosial deyilsənsə,

O zaman CV-ni [email protected]-a göndərə bilərsən! Biz səni səbrsizliklə gözləyirik.

Təcrübə Programının müddəti 3 aydır və ödənişlidir.
Komandamız tərəfindən bəyənilən təcrübəçilər program bitdikdən sonra əməkdaşımız ola bilərlər!

Son müraciət tarixi: 25 Aprel.

Bir cavab yazın

Back to top button