"Kənd təsərrüfatı" ixtisas istiqaməti üzrə təqaüdlə xaricdə doktorantura proqramı

"Kənd təsərrüfatı" ixtisas istiqaməti üzrə təqaüdlə xaricdə doktorantura proqramı
Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində "Kənd təsərrüfatı" ixtisas istiqaməti üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahə üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2022-ci il üzrə ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir. Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısıkeçiddənəldə oluna bilər. Proqrama müraciət tarixləri1 fevral – 1 aprel2022-ci ili əhatə edir. "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün qeydiyyat linkikeçiddənəldə oluna bilər. Qeyd edək ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir. Hər hansı əlavə sual yarandığı zamanFAQ/MVSvə ya[email protected]mail ünvanına müraciət oluna bilər. __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az