Kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı onlayn təlimlərə başlanılır

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının təlim və inkişaf ehtiyaclarının ödənilməsi üçün mütəmadi təlimlər və digər tədbirlər təşkil edilir. Bilik və bacarıqların artırılması ilə bağlı növbəti maarifləndirci tədbirlərin təşkili məqsədilə sorğular aparılıb, respondetlərə maraqlı olan mövzular ümumiləşdirilərək 2022-ci il üçün təlim planı tərtib edilib. Təlim planına əsasən aprelin 1-dən etibarən kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı növbəti onlayn təlimlərə start veriləcək. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi təlimlərdə fermer, mütəxəssis və kənd təsərrüfatı sahəsinə maraq göstərən şəxslər “Zoom” platforması vasitəsilə onlayn şəkildə iştiak edə bilər. Bu təlimlərdə Nazirlik sistemində çalışan təlimçilər və müxtəlif sahələr üzrə mütəxəssislər tərəfindən bitkiçilik, meyvəçilik, heyvandarlıq, baytarlıq və torpaqşünaslıqla bağlı təqdimatlar keçiriləcək, mövzular ətrafında fikir mübadiləsi aparılacaq, iştirakçıların sualları ətraflı cavablandırılacaq. İlk açıq təlim 1 aprel 2022-ci il, saat 15:00 tarixində “Meyvə-tərəvəzdə effektiv suvarma və hesablanması” mövzusuna həsr ediləcək. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzov mövzu ilə bağlı təqdimat edəcək, effektiv suvarmanın əhəmiyyətinə toxunacaq. İştirakçılar qeydiyyat formasına müvafiq məlumatları daxil edərək mobil telefon və ya komputer üzərindən təlimə qoşula bilərlər. Təlimdə iştirak sərbəstdir. Qeydiyyat üçün link:https://forms.gle/avQ3GivWWdkSg46p9
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az