Bazar ertəsi, 2 İyun, 2025

"Keyfiyyətə nəzarət üzrə aparıcı elektrik mühəndisi" vakansiyası


  • Dərc edildi: 4 İyul, 2022 - 06:49
"Keyfiyyətə nəzarət üzrə aparıcı elektrik mühəndisi" vakansiyası

PMD Projects MMC "Keyfiyyətə nəzarət üzrə aparıcı elektrik mühəndisi" vakansiyasını elan edir. Vəzifə öhdəlikləri: -Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu təmin etmək; - Tikinti sahələrində yerinə yetirilən işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğun olmasının təşkilində və həyata keçirilməsində iştirak etmək; - İşlər bitdikdən sonra son yoxlama fəaliyyətinin həyata keçirilməsi və işlərin icrasından sonra nəzarət; -Sahədə istifadə olunan materialların giriş nəzarətini həyata keçirtmək; -Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğunu təsdiq etmək; -İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq; -Tikinti sahələrində işlərin (xidmətlərin) keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və hesabatlar tərtib etmək; -Açılmış uyğunsuzluq hesabatlarında düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək; -İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq və uyğunsuzluq hesabatları açmaq; -3-cü tərəfin apardığı yoxlama və sınaqlarda iştirak etmək; -Düzəliş fəaliyyətlərinə nəzarət etmək; -İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsi; - Vaxtaşırı ərazidə istehsalat prosesinə nəzarət etmək; -Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək; -Uyğunsuzluq hesabatlarının statusu haqqında məsul şəxsi məlumatlandırmaq; -Gələn yoxlama bildirişləri üzrə yoxlama fəaliyyətini həyata keçirtmək; -Keyfiyyətlə bağlı iclasların təşkil edilməsi və aparılması; -Yoxlama vərəqləri və KN üzrə zəruri sənədlərin hazırlanmasında və tərtibatında iştirak etmək; -İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərini araşdırmaq, onların aradan qaldırılması üzrə təkliflər və zəruri tədbirlərin işlənib hazırlanmasını tələb etmək. Tələblər: - Ali təhsil: Elektik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi - İş təcrübəsi :Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi - Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis - yaxşı - Kompüter bacarıqları: MS Office Maraqlanan şəxslərdən CV - lərini vəzifə adı göstərilməklə[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 13
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 76
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 140
Lisey və gimnaziyala...