Keyfiyyət təminatı üzrə ekspertlər əməkdaşlığa dəvət edilir

TƏHSİLDƏ KEYFİYYƏT TƏMİNATI AGENTLİYİ AKKREDİTASİYA PROSESLƏRİNƏ KEYFİYYƏT TƏMİNATI ÜZRƏ EKSPERTLƏR DƏVƏT EDİR

      Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Respublikasının ərazisində ali təhsil sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi müstəqil Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssislərinin, sahə üzrə elmi işçilərin, əmək bazarının və təhsilalanların nümayəndələrinin arasından seçilir.

Yuxarıda qeyd olunan statusa malik olan şəxslərdən akkreditasiya proseslərində iştirak etmək istəyənlər üçün Agentlik tərəfindən müvafiq təlimlərin təşkil olunması nəzərədə tutulur. Təlimləri müvəffəqiyyətlə başa vuran müdavimlərə keyfiyyət təminatı və akkreditasiya proseslərində iştirak etmək üçün müvafiq sertifikat veriləcək və bu mütəxəssislər Agentliyin “Ekspert bankı”na qəbul ediləcəklər.

Bundan əlavə, sertifikat əldə etmiş mütəxəssislər müvafiq akkreditasiya komissiyasının üzvü olaraq akkreditasiya ekspertizasında iştirak etmək üçün Agentlik tərəfindən dəvət olunacaqlar.

Təlimlər üçün seçiləcək ekspertlər aşağıdakı tələblərə cavab verməlidirlər:

 

  • Ali təhsil sahəsində səriştəli və təcrübəli (peşəkar) olmalı;
  • Akademik mühitdə ünsiyyət qurmağı və tədris mühitini müşahidə etməyi bacarmalı;
  • Məlumatları analiz etmək və əsaslandırılmış rəy formalaşdırma bacarığına malik olmalı.

Müraciət üçün, Agentliyin internet saytının (www.tkta.edu.az“Ekspert bankı” bölməsinə daxil olmaqla daha ətraflı məlumat edərək qeyd olunan keçid vasitəsi ilə elektron qeydiyyatdan keçmək mümkündür.

LİNK

Bir cavab yazın

Back to top button