Cümə, 6 İyun, 2025

Keyfiyyətə nəzarət şöbəsində təcrübəçi-laborant vakansiyası


  • Dərc edildi: 3 Noyabr, 2021 - 15:08
Keyfiyyətə nəzarət şöbəsində təcrübəçi-laborant vakansiyası

“STP-AH” MMC Keyfiyyətə nəzarət şöbəsinə təcrübəçi-laborant vakansiyası elan edir. Zavod 2012-ci ildə istismara verilib. Zavodda metal tədarükü, poladəritmə və yayma istehsal sahələri fəaliyyət göstərir. Özünə və peşəkarlığına güvənən namizədləri komandamıza qoşulmağa dəvət edirik. Bizim üçün ideal namizəd : -Ali təhsilli (Metallurgiya mühəndisliyi sahəsi üzrə); -MS Office proqramlarını bilməli; -ISO/ IEC 17025:2020 (Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər) beynalxalq standartları barədə ümumi məlumatlı olmalı; -İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı; Hansı işləri görəcəksiniz : -Test və sınaqların vaxtında yerinə yetirilməsi; -Test və sınaqların dəqiqliyinə təminat; -Sınaq avadanlığının düzgün işləməsinə nəzarət; -Sınaq protokollarının hazırlanması; -Sınaq nəticələrinin normativlərə uyğunluğuna nəzarət edilməsi; -Sınaq avadanlığının dəqiqliyinin təmin edilməsi �

�çün mütəmadi olaraq standart nümunələr vasitəsi ilə rekalibrovkaları edərək, protokollaşdırmaq; -Sınaq avadanlıqlarının dövlət yoxlamasından keçirilməsinə nəzarət etmək; -Sınağın aparılmasını normativ texniki sənədlərin tələbinə uyğunaparılması; -Sınaqları apararkən laboratoriya cihazlarından və kimyəvi reaktivlərdən təlimata uyğun istifadə etməli; -Reaktiv və materialların izafi sərfinə yol verməməli; -Laboratoriyanın laborantı əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və sanitariyagigiyenası qaydalarına əməl etməlidir; Əlavə məlumatlar : -Əmək haqqı 300 AZN ; -Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə; -İş vaxtı: Növbəli qrafik əsasında; -İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təcrübəçi-Laborant” yazaraq[email protected]ünvanına göndərmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 81
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 270
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 76
Elm və təhsil naziri...