Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi/baş mütəxəssisi vakansiyası

Bank Respublika ASC Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi/baş mütəxəssisi vakansiyasını elan edir. Ümumi vəzifə öhdəlikləri:
  • Bankın filiallarında çalışan əməkdaşların müştərilərə göstərdikləri xidmət prosesinin monitorinqi;
  • Monitorinqlər zamanı əldə edilən məlumatlara əsaslanaraq təhlilin aparılması;
  • Aparılan təhlillərlə bağlı hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə qarşı tələblər:
  • Ali təhsil;
  • İş təcrübəsi: Bank sahəsində (İstehlak kreditləri və əməliyyat sahəsi üzrə hüquqi və fiziki şəxslərə xidmət) 2 il iş təcrübəsi mütləqdir;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  • Təhliletmə və operativ işləmə bacarığı;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 04 mart 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər.   Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi/baş mütəxəssisi şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az