Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (meyvə-tərəvəz) vakansiyası

“Veysəloğlu”şirkətlər qrupuna daxil olan Araz Supermarketlər Şəbəkəsi Keyfiyyətə Nəzarət üzrə
mütəxəssis (meyvə-tərəvəz) vakansiyası üzrə işə qəbul elan edir!
İş yeri: Mingəçevir
Vəzifə öhdəlikləri :
-Anbarlara qəbul edilən qida və qeyri-qida məhsullarının giriş nəzarətini həyata keçirmək: nümunələr
götürmək, keyfiyyətinin orqanoleptik yoxlamasını həyata keçirmək, laborator analizin aparılması
üçün (plana uyğun) nümunələri akreditə olunmuş laboratoriyaya təqdim etmək.
– Məhsul daşınan nəqliyyat vasitələrinin sanitar vəziyyətini, daşınma tələblərinə uyğunluğunu
yoxlamaq.
– Qəbul edilən məhsulların və onların markalanmasının müşayiət edici keyfiyyət sənədlərinə
uyğunluğunu yoxlamaq.
– Qəbul edilən malların qablaşdırılmasının tamlığını yoxlamaq.
– Məhsulların rəf ömrünün standartların tələblərinə uyğunluğunu yoxlamaq.
– Məhsulların düzgün anbarlanmasına və müvafiq (məhsula dair standartın və istehsalçının
tələblərinə uyğun) şəraitdə saxlanılmasına nəzarət etmək.
– Yararsız məhsul aşkar edildikdə aktlaşdırmaq, bloka qoyulmasını təmin etmək və birbaşa rəhbərinə,
aidiyyatı əməkdaşlara dərhal məlumat vermək.
– Müştəri şikayətlərini araşdırmaq, problemin yaranma səbəblərini analiz etmək.
– Keyfiyyət və təhlükəsizlik planına uyğun yoxlamaları həyata keçirmək, müvafiq qeydləri aparmaq.
– Anbarların sanitar gigiyenik normalara uyğunluğunu yoxlamaq.
– Anbarlarda temperatur, nisbi rütubət kontrolunu aparmaq.
– Qəbul edilən mallara, aparılan yoxlamalara dair hesabatlar hazırlamaq.
Tələblər:
-Ali texniki təhsil.
-MS Office bilikləri.
-Yeyinti sahəsində keyfiyyətə nəzarət üzrə ən azı bir il iş stajı olmalı.
-Xarici dil biliklləri (Rus dili ,ingilis dili) üstünlükdür.
-İdarəetmə sistemlərinə dair (ISO standartları) sertifikat üstünlükdür.
Təminatlar:
– Nahar ilə təmin edilmə.
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı.
– 5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Meyvətərəvəz)” adını mövzu hissədə qeyd etməklə Cv formalarını [email protected]
[email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button