20 Avqust 10:57

Keyfiyyətin İdarə Edilməsi sahəsində Uğurlu Karyera

G&I Consulting Group LLC keyfiyyətin idarə edilməsində karyera qurmaq arzusunda olan hər bir kəs üçün faydalı olan ISO 9001:2015 Beynəlxalq keyfiyyət idarəetmə sistemi sahəsində ödənişsiz seminar elan edir.

Seminarda Keyfiyyət İdarəetmə sahəsində karyera qurmaq arzusunda olan hər kəs iştirak edə bilər.
Seminara qatılan tələbələr, işsizlər qazandıqları praktik biliklərlə iş müsahiblərində daha peşəkar təəsürat yarada biləcək və işə qəbul ehtimalı yüksələcək, təcrübəli mütəxəssislər isə idarəetmədə geniş biliklərə yiyiləndikləri üçün karyera inkişafında uğur əldə edə biləcəklər.

Gələcəkdə rəhbər olmaq arzusunda olan hər bir kəs üçün bu standart əvəz olunmaz bir bilik mənbəyidir. Bu standartın tələblərini yerinə yetirə bilən hər kəs idarəetmənin bütün həlqələrində baş verən proseslərdən xəbərdar olur və onları peşəkarlıqla idarə edə bilir. Bu isə istər biznes sahəsində, istərsə də karyera inkişafında əvəz olunmaz bir qabiliyyətdir.

SEMİNARDA SİZLƏR ÖYRƏNƏCƏKSİNİZ:

– Keyfiyyət idarəetmə sistemi yalnızca məhsulun keyfiyyət göstəcilərinin yüksək olmasını deyil, eyni zamanda bir istehsal və ya xidmət sahəsində mövcud olan bütün şöbələrin düzgün iş prinsiplərini müəyyən edir. Hər bir şirkətin peşəkar əməkdaşları ola bilər, ancaq onlar arasında koordinasiya, vəzifə, səlahiyyət, məsuliyyət bölgüsü düzgün olmazsa şirkətin bütün fəaliyyətində anlaşılmazlıqlar, ləngimələr, nöqsanlar yarana bilər. Bu standart sizi risklərdən, anlaşılmazlıqlardan, mübahisələrdən, rəqiblərin təsirindən ciddi şəkildə qoruyacaq.

– ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi barəsində verilən məlumat zamanı təlim iştirakçıları aşağıdakı biliklərə yiyələnəcəklər:

✅Şirkətin audit olunması
✅Uyğunsuzluqlar barəsində rəhbərliyə məlumatın verilməsi
✅Bütün idarəetmə həlqələrinə,satınalma,logistika,planlama,istehsal,standartlaşdırma,laboratoriya,Sətəm,təmir bərpa,anbar,satış,marketinq şöbələrinə standartın korporativ təliminin keçirilməsi
✅Uyğunsuzlaq üzrə proses,prosedur,təlimatların,iş axış sistemlərinin hazırlanması
✅Müəyyən olunmuş uyğunsuzluqların iş mühitində aradan qaldırılması
✅Performans dəyərləndirilməsinin aparılması
✅Monitorinqin həyata keçirilməsi-izlənməsi,yaranan çətinliklər zamanı müdaxilə olunub yenidən dəstək verilməsi,

TƏLİMÇİ: Vüsal Mahmudov

7 illik iş təcrübəsində NB Qrup ASC Kimya sənaye birliyində satınalma meneceri, planlama şöbəsinin rəisi, marketinq və planlama departamentinin direktoru, keyfiyyətə nəzarət departamentinin direktoru vəzifələrində çalışmışdır.
Eyni zamanda Caucasian Logistics şirkətində satış müdiri vəzifəsində fəaliyyət göstərmişdir. İSO 9001:2015, İSO 14001:2015 VƏ OHSAS 18001:2007 beynəlxalq sertifikatlarına sahibdir.

Seminar ÖDƏNİŞSİZDİR.
Seminarın müddəti: 2 saatdır.

Ünvan: 📌 Bakı şəhəri Yasamal rayonu, Mirzə Cabbar Məmmədzadə küç., 166 A
(Abbas Mirzə Şərifzadə küçəsindəki Saf Su məntəqəsinin yanı)

📱Mob.: +994 50 564 00 06 (WhatsApp);

Bəyən və paylaş

Rəylər

rəy(lər)