Khan Academy-də könüllü olma imkanı

Bir dərsliyə baxıb daha da yaxşı bir iş çıxaracağınızı düşündünüzmü?
Milyonlarla insana təhsildə töhfə vermək istərdinizmi?
Əgər belədirsə, bizimlə birlikdə könüllü olaraq Khan Academy platformasında işləyəcəyinizə ümid edirik!
İş nədən ibarətdir❓ Khan Academy platformasında olan, riyaziyyatdan incəsənət tarixinə, iqtisadiyyatdan texniki və təbiət elmlərinə, ibtidai məktəb səviyyəsindən universitet səviyyəsinə qədər, hər yaş üçün nəzərdə tutulmuş video dərslər, interaktiv tapşırıqlar, ingilis dilindən öz dilimizə tərcümə olunur və bu iş online olduğu üçün bununla istədiyiniz vaxt istədiyiniz yerdə məşğul olub öz töhfənizi verə bilərsiniz.  6 aylıq fəaliyyətini başa vurmuş aktiv könüllülər isə Khan Academy-nin rəsmi sertifikatına sahib olacaqlar.  Dünyanın ən böyük online təhsil platformalarından biri olan Khan Academy Azərbaycanca-da bizimlə bərabər işləmək istəyirsinizsə, buradan müraciət edə bilərsiniz:

Qeydiyyat

Bir cavab yazın

Back to top button
Close