22 Sentyabr 18:07

Kiber hücum nədir ?

Günümüzdə yayılmış olan internet istifadəsiylə eyni zamanda kiber hücum, başqa bir adıyla virtual hücum vəziyyətləri artmaqdadır. Mobil telefon, sosial media və bağlantı məkanları, veb saytlar, online oyunlar,  elektron poçtlar vasitəsilə bir və ya bir neçə nəfər tərəfindən,başqa birinə qaralayıcı, alçaldıcı və təhqir edici yayımlarla, paylaşımlarla onun insani haqlarına hücumu kiber(virtual)hücum adlanır.

Kiber hücum normal həyatdakı zorakılığın virtual məkana köçürülmüş halıdır. Şüurlu bir şəkildə həmin insana qarşı tətbiq olunmuş  bu hücum onu təcavüz, təhdit və şantajlarla üz-üzə qoymaqdadır.Kiber hücumun iki forması mövcuddur. Birincisində o insanın şifrəsi ələ keçirilir, onun veb saytına qarşı hücumlar tərtib olunur, virus daşıyıcılı və spam tərkibli mesajlar göndərilərək hücumlar tətbiq olunur. İkincisi isə bundan dahada təhlükəlidir. Burada tamamilə o nəfəri alçaltmaq, təhqir etmək, onu çətin vəziyyətdə qoymaq üçün psixolojik hücumlar göstərilir. Kiber hücumlara daha çox uşaqlar və gənclər məruz qalmaqdadır. Çünki onlar virtual məkanda daha çox olurlar və yetkinlər qədər tədbirli ola bilmirlər. Kiber hücuma məruz qalan uşaqlar və gənclər özlərinə və ya ailələrinə ziyan veriləcəyinə dair təhditlər aldıqları üçün qorxaraq, bu vəziyyəti ailələrinə demirlər. Bu hal onlarda ciddi psixolojik problemlərə səbəb olur. Yaşadıqları bu problemlərdən ötrü intihar edənlərin sayıda az deyil. Uşaqların və gənclərin bu cür virtual hücuma məruz qalmalarında əsas faktor yetkinlik və inkişaf mərhələlərində olduqları üçün hər cur xarici təsir altına  rahatlıqla düşə bilirlər.Onlarda yayğın olan öyrənmə və hər şeyə maraq duyğusu real həyatda da ,virtualda da pis niyyətli insanlar üçün tapılmaz bir fürsətdir.

Uşaqlarımız və ya bir yaxınımız virtual hücuma məruz qaldıqları zaman qorxduqları üçün bunu bizlərə deməyə bilirlər. Lakin biz onların bəzi hal və hərəkətlərindən bunu anlaya bilərik. Misal üçün, əvvəl internetdən çox sıxlıqla istifadə etdiyi halda indi istifadədən qaçınırsa, və ya tam əksinə daha çox, nəzərə çarpacaq dərəcədə istifadə etməyə başlamışdırsa, internet istifadəsi zamanı nə etdiyinin kimsə tərəfindən görülməsini  istəmirsə, yersiz əsəb ,qorxu halları yaşayırsa artıq hücuma məruz qalmaqdadır deməkdir. Əlavə olaraq sizlə danışmaq ,fikirlərini bölüşmək istəmirsə,suallarınızı cavabsız qoyursa bütün bu xüsusiyyətlər ciddi bir problemin göstəriciləridir. Bu məsələyə etinasız yanaşmayın. Çünki vəziyyət qarşısı alına bilməyəcək dərəcədə irəliyə gedə bilər. Şübhələndiyiniz halda onunla danışmağa çalışın. Əgər bacarmırsınızsa prixoloqdan kömək alın.

Dünya üzərində kiber hücumu özünə peşə etmiş şəxslər və ya təşkilatlar da mövcuddur. Bu təşkilatların həyata keçirdikləri kiber müharibələrin ölçüləri olduqca böyükdür. Hansıki bu müharibə bir nəfərə qarşı deyildə ,bütün bir cəmiyyətə və ya bütün bir ölkəyə qarşı yönəldilmişdir. Bizdə bacardığımız qədər özümüzü bu hücumlardan qorumağa çalışmalıyıq.

Şəbəkələr və kibertəhlükəsizlik əsas vəzifəsi – infrastrukturun/xidmətlərin işlək qaydada saxlanması, onların iş qabiliyyətinin artırılması, müasirləşdirilməsi, təhlükəsizliyinin təmin edilməsidir. Şirkətin ölçüsündən asılı olaraq, həmin xidmətlərin bir dəqiqə işləməməsi şirkətə bir neçə mindən bir neçə milyonadək zərər vura bilər. Bu səbəbdən şəbəkə mühəndisi sahəsində ixtisaslaşmış  yüksək dərəcəli mütəxəssislərə ehtiyacın olmasının vacibliyini şübhə altına almaq olmaz. Şəbəkə mütəxəssislərinin hazırlanması istiqamətində STEP Kompüter Akademiyasında şəbəkə mühəndisi və kibertəhlükəsizlik dərsləri tədris olunur. Sizlər bu dərslərə rahatlıqla qoşula bilərsiniz. Ətraflı itstep.az veb saytından tanış ola bilərsiniz.

Bəyən və paylaş