Kiçik Kartoqraflar təcrübə proqramı

Kiçik Kartoqraflar təcrübə proqramı.

 

4Maps Bilgi Teknolojileri Şirkəti Təcrübə proqramı elan edir. Şirkət naviqasiya, xəritəçəkmə sahəsində ən yüksək səviyyədə təkmilləşmiş, ölkənin ən qabaqcıl Şirkətlərindən biridir. Aşağıda qeyd olunan tələblərə cavab verən namizədlər Təcrübə proqramına qoşula bilər:

  • Coğrafi biliklərə, həmçinin elektron xəritəçəkmə üzrə müvafiq biliklərə malik olan;
  • Coğrafiya, ekologiya,memarlıq yaxud bunlara yaxın bir sahədə müvafiq bakalavr səviyyəsinə sahib və ya ona bərabər tutulan dərəcəyə sahib şəxslər (18 yaşdan yuxarı şəxslər);
  • Öyrənməyə, özünüinkişafa meyilli;
  • Araşdırma etməyi sevən;
  • Komandada işləmək bacarığına malik;
  • Adaptasiya qabiliyyəti yüksək, intensiv düşüncəyə sahib olanlar.

 

Təcrübə müddəti 3 ay əhatə edəcəkdir.

 

Təcrübə proqramının sonunda təcrübəçilər sertifikatla və xasiyyətnamə ilə təmin olunacaqdır. Təcrübə proqramı boyunca özünü doğruldan və proqramı uğurla başa çatdıran şəxslər işlə təmin edilə bilər.

Qeydiyyat üçün [email protected]4maps.eu mail adresinə 01 mart 2021-ci il tarixinə qədər Təcrübəçi başlığı altında öz resume-larını (CV) göndərə bilərsiniz. 

Bir cavab yazın

Back to top button