Kiçik Korporativ Hüquqşünas vakansiyası

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron
yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək
planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin
qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.
Əlavə məlumat
– İş yeri – Çinar Plaza
– İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
-Nahar Şirkət tərəfindən verilir, Sınaq müddətindən sonra ailə üzvləri daxil tibbi sığorta
– Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya – Kiçik Korporativ Hüquqşünas / Junior Corporate Lawyer
Vəzifə öhdəlikləri
 Müxtəlif növ müqavilələrin, Müqaviləyə əlavələr, əlavə razılaşmalar və
dəyişikliklərin hazırlanması və ekspertizasında iştirak
 Müqavilələrin qeydiyyatının aparılması və arxivləşdirilməsi
 Müqavilənin icrası ilə bağlı məsələlərin tənzimlənməsində iştirak edilməsi
 Müqavilə və əlavələrinin xitamı, ləğvi və qüvvədən düşməsi üçün tələb olunan
sənədlərin hazırlanması və nəzarət edilməsi.
 Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində aşkar
olunan hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsində iştirak
 Dövlət orqanları, idarə, müəssisə və təşkilatlarla yazışmalarda iştirak edilməsi,
hüquqi sorğuların cavablandırılması
 Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və
digər üçüncü şəxslər qarşısında Şirkəti təmsil etmək, şirkət adından sənədlərin
hazırlanması, təqdim edilməsini həyata keçirmək;
 Şirkətdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin hazırlanması,
ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak
etmək
 Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə
hüquqi nəzarətin həyata keçirilməsi;
Tələblər
 Təhsil : Təhsil – Ali ( hüquq, beynəlxalq hüquq)
 Təcrübə: Minimum 1
 Sertifikatlar: CİPS və sahəyə uyğun sertifikatlarının olması üstünlükdür
 Dil bilikləri: Azərbaycan Dili ana dili ,İngilis dili yaxşı səviyyədə
 İT üzrə biliklər: MS Office (xüsusilə MS Word yüksək səviyyədə)
Texniki Bacarıqlar
 Azərbaycan Respublikasının Mülki, Mülki-prosessual, Əmək, Vergi və İnzibati Xətalar
Məcəlləsi üzrə biliklər
 Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktlar üzrə biliklər
Səriştəlik
 Məsuliyyətli,disiplinli,açıq fikirli
 Problem həll etmə və əməkdaşlıq bacarıqları
 Güclü şifahi və yazılı ünsiyyət,fikirlərini düzgün çatdırmaq,
 Prinsip və Dəyərlərə sadiqlik
 Prosedur və qaydalara riayət etmək
 Operativlik və İcra etmək bacarığı
 Detallara fikir vermə
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron
ünvanına mövzu yerinə “Kiçik Korporativ Hüquqşünas Edumap.az” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bir cavab yazın

Back to top button