17 İyun 11:17

 Kiçik mütəxəssis-mühasib vakansiyası

Struktur bölmə : Mühasibatlıq şöbəsi
Vəzifə : Kiçik mütəxəssis-mühasib
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  23 iyun 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Müxtəlif sığorta növləri üzrə sığorta haqlarının mühasibatlıq sistemində düzgün əks olunmasını təmin etmək;
2. Müxtəlif şöbələr, banklar və digər şirkətlər tərəfindən gələn sorğuları araşdırmaq və cavablandırmaq;
3. Banklarda olan cari, depozit, kart hesablarının çıxarışlarını toplamaq və məlumatları mühasibatlıq proqramına daxil etmək;
4. Bank çıxarışlarını və alt sənədlərini toplamaq;
5. Sənədlərin düzgün arxivləşdirilməsinə məsul olmaq;
6. Məzənnə fərqlərini hesablamaq və mühasibatlıq sistemində əks etdirmək;
7. Əsassız ödənişlər və debitorların siyahısının düzgünlüyünü nəzarətdə saxlamaq;
8. Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Mühasibatlıq üzrə minimum 6 ay iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası : Maliyyə, Mühasibatlıq və iqtisadi təhsil ixtisasları üzrə ali təhsil tələb olunur
Dil bilikləri : İngilis dilini yaxşı səviyyədə bilməlidir
Kompüter bilikləri : MS Office (Excel yaxşı səviyyədə olmaqla).
Üstünlüklər: Sığorta sahəsində iş təcrübəsi, ACCA sertifikasiyası üstünlükdür

Fərdi keyfiyyət tələbləri :

Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma,  problem həlletmə, keyfiyyət yönümlülük

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək  “Mühasibatlıq şöbəsinin kiçik mütəxəssisi Edumap.az” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Bəyən və paylaş