6 Fevral 13:00

Kiçik və orta Biznes kreditləri üzrə Kredit mütəxəssisi

 

TBC Kredit – Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.

İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.

Hazırda TBC Kredit BOKT Kiçik və orta Biznes kreditləri üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Öhdəliklər:

Potensial müştərilərin axtarışı və cəlb edilməsi
Müştərilərlə biznes görüşlərinin aparılması
Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı
Prosedur qaydaları ilə tələb olunduğu kimi kredit portfelinin yüksək keyfiyyətini saxlamaq
Kredit məhsulları üzrə xidmətlər və onların monitorinqi
Kredit müraciətlərinin qiymətləndirilməsi və analizi qabiliyyəti
Müştərinin biznesinin analizi
Cari kredit portfeli ilə işləmə

Tələblər:

İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil
Kiçik və orta biznes kreditləri sahəsində minimum 1 il iş təcrübəsi
Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
Azərbaycan dillində sərbəst danışıq bacarığı, ingilis və rus dilində müəyyən səviyyədə biliklərə malik olanlara üstünlük veriləcək.
Analitik düşüncə qabiliyyəti
Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 05 Mart 2018-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kiçik və orta Biznes kreditləri üzrə Kredit mütəxəssisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Bəyən və paylaş