22 Aprel 12:40

“Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) vakansiyası

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Şamaxı, Cəlilabad, Tovuz və Mingəçevir rayonları üzrə “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) vəzifələrinə işə qəbul elan edir

 

 

Vəzifə və öhdəliklər:

  • Fəaliyyət göstərdiyi regionda səlahiyyətləri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyini təmsil edir;
  • Region üzrə    KOB    subyektlərinin   yaradılması    və    inkişaf   təşəbbüslərinin stimullaşdırılması ilə bağlı tədbirlər həyata keçirir;
  • Təmsil etdiyi    regionda    KOB     subyektlərinin    fəaliyyətlərində    qarşılaşdığı problemlərin həllinə operativ dəstək verir, onların maraqlarını müdafiə edir;
  • Region üzrə     fəaliyyət     göstərən     KOB     subyektlərinin    mövcud     dəstək mexanizmlərindən yararlanmasına köməklik göstərir;
  • Sahibkarlığın inkişafının qiymətləndirilməsi ilə bağlı Agentlik tərəfindən göstərilən xidmətlər üzrə səlahiyyətləri daxilində monitorinq, sorğu və müşahidələr aparır;
  • Agentliyin funksiyaları ilə bağlı maarifləndirmə işlərini yerinə yetirir;
  • Təmsil etdiyi regionda mikro, kiçik və orta biznesin inkişafı ilə bağlı təkliflər hazırlayır və Agentliyə təqdim edir;
  • Region üzrə KOB sahəsində dövlət qurumları ilə özəl sektor arasında səmərəli əlaqələr

Namizədə tələblər:

  • Sahibkarlıq sahəsində qanunvericilik və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumatlı olmalı;
  • Sahibkarlıqla bağlı dövlət dəstəyi və təşviq mexanizmləri haqqında məlumatlı olmalı;
  • İnzibati ərazi vahidlərinin iqtisadi potensialları haqqında məlumatlı olmalı;
  • Ali təhsil tələbi: Bakalavriat səviyyəsi – iqtisadiyyat, idarəetmə və ya hüquq. Magistratura səviyyəsi üstünlükdür;
  • Təcrübəyə dair tələb: mütəxəssis vəzifələrində 4 illik iş təcrübəsi və ya aidiyyəti sahə üzrə rəhbər vəzifələrdə 2 illik iş stajı;
  • Azərbaycan dilini səlis bilməlidir. Rus və ya ingilis dili arzuolunandır;

 

  • İT biliklərinə dair tələb: Kompüterdən, Excel və Word proqramlarından istifadəçi səviyyəsində biliklər.

Şərtlər:

  • Tam iş günü, iş qrafiki I-V günlər.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “KOB Dostu (region adı)” yazaraq 25.05.2019 tarixinə qədər [email protected] ünvanına göndərmələri xahiş olunur. Əks halda göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

Bəyən və paylaş

Rəylər

rəy(lər)