18 İyun 15:52

Kimyaçı-laborant vakansiyası

Kimyaçı-laborant

İşin təsviri:

• Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirir;

• Analizlərin, sınaqların və ölçmə nəticələrinin qeydiyyatını aparır;
• İstehsal olunan malların keyfiyyətinə dair texniki sənədləşməni həyata keçirir;
• İstehsal olunan məhsulun keyfiyyətinə dair statistik məlumatları ümumiləşdirir və bununla əlaqədar təkliflər hazırlayır;
• Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət edir, onları sınaqlara hazırlayır;
• Cihazların göstəricilərini qeyd edir, müşahidələr aparır, hazır məhsul nümunələrinin standartlara uyğunluğunu yoxlayır;
• İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya müdirinə məlumat verir.

Namizədə tələblər:

• Ali təhsil (kimya, fizika ixtisasının olması arzuolunandır);
• Qeyd olunan sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Yüksək səviyyədə texniki biliklər (kimya və fizika sahəsində);
• Laboratoriya avadanlığı, nəzarət ölçü cihazları, habelə onların istismar qaydası haqqında biliklər.

Əlavə şərtlər:

• Əmək haqqı danışıq əsasında müəyyən olunur;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar CV-lərini https://www.metak.az/resume/resume.php?vid=81 və ya [email protected] ünvanına göndərərək, 18.07.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Bəyən və paylaş

Rəylər

rəy(lər)