“KimyaFobiya ilə Mübarizə” layihəsi

Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan “KimyaFobiya ilə Mübarizə” layihəsi çərçivəsində kimya ilə yaxın peşələrin sahibləri orta məktəb şagirdləri qarşısında öz peşələri və bu peşənin kimya elmi ilə əlaqəsi haqqında 15-20 dəqiqəlik çıxış edirlər.
Mövzu seçimi sərbəstdir.
Qonaqların yemək və nəqliyyat xərcləri ödənilir.
Görüşlər Quba (cümə) və Sumqayıtda (şənbə) yerləşən orta məktəblərdə təşkil olunur.
Qonaq qismində iştirak etmək istəyən kimya ilə yaxın ixtisas sahiblərindən xahiş olunur ki, aşağıda linki verilmiş qeydiyyat formunu doldurmaqla layihə rəhbərinə müraciət etsinlər.
Formu dolduran şəxslərə zəng olunaraq ətraflı məlumat veriləcək.
docs.google.com/forms/d/e/1FAIpQLSduXn7PbWXZ6eVPExacKrmK2v-R6cjdf2SBTjsTwXibkH6KFQ/viewform
Əlaqə: 055 521 12 29

Bir cavab yazın

Back to top button