6 İyun 15:29

Kitab al, kitab qazandır

“Kitab al, kitab qazandır” adlı layihəmizdə “Kitabsevərlər” qrupunun 15- ci nəşri olan Maksim Qorkinin “Mən necə oxumuşam” adlı kitabını almaqla, Qubanın dağ kəndlərində yaşayan uşaqlara bu kitabdan hədiyyə etmiş olacaqsız.
1) Əsas şərt:
Siz o uşaqlara deyil, özünüzə, övladınıza və ya yaxınlarınıza kitab alırsız, sizlər tərəfindən alınan hər 2 kitaba görə biz 1 kitab hədiyyə üçün ayırırıq. Yəni özünüzə almaqla qazandırmış olursuz.

2) Könüllü yardım:
Hər kəs istəsə təqdimat günü məktəb ləvazimatı, dərslik və uşaqlar üçün bədii kitablar da gətirərək həmin uşaqlara göndərə bilər. Dərslik və kitablar işlənmiş də ola bilər.

Təqdimat iyunun 11- i saat 14-00- dan 17-00- dək ELmlər Akademiyasının qarşısındakı parkda, açıq havada təşkil ediləcək. Bütün xeyirsevər kitabsevərlərə indidən təşəkkür edirik 🙂
P. S. Kitabın qiyməti 3 AZN- dir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)