1 Fevral 17:46

Kitab: Martin İden – Cek London – Endirim 5 Azn

Martin İden – Cek London

Məhsul kodu: 1393

Müəllif: Cek London

Janr: Proza
Nəşriyyat: Qanun
Kitabın dili: Azərbaycan

Qiymət: 6 Azn
Endirim: 5 Aznğ

Sifariş:

Whatsapp: 0508819103

https://www.facebook.com/elsevever.d

Metrolara Pulsuz Çatdırılma

Kitab haqqında
Con Qriffit Çeyni 12 vanvar 1876-cı ildə San-Fransisko şəhərində anadan olub. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsinə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir.

Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olur. Məktəb illərində qəzet satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğundan oranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovuyla da məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Cek Londonda olduqca böyük təəssüratlar oyatmaqla onun gələcək yaradıcılığına böyiik təsir göstərir. London yaradıcılığa ‘Yaponiya sahillərində tayfun’ adlı oçerkiylə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Beləki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır. Bir az sonra qələmə aldığı ‘Canavar oğlu’ (Boston. 1900), ‘Atalarının tanrısı’ (Çikaqo, 1901) ‘Şaxtanın övladları’ (Nyu-York, 1902), ‘İnsana inam’ (Nyu-York,1904). ‘Ayüzlü’ (Nyu-York, 1906). ‘İtirilmiş sima’ (Nyu-York. 1910) hekayələrindən ibarət toplu. ‘Qarlar qızı’ (1902), ‘Dəniz canavarı’ (1904), ‘Martin İden’ romanları yazıçıya böyük şöhrət gətirir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)