19 İyun 19:57

Kitab: Mixail Bulqakov – Master və Marqarita (pdf fayl)

Mixail Bulqakov tərəfindən yazılmış, iblisin Sovetlər birliyinə səfərindən bəhs edən roman. Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər.

M. A. Bulqakov XX əsrin əvvəllərində “Caynaqlı mühəndis” adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra “Master və Marqarita” adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur.

“Master və Marqarita” əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və “roman içində roman” prinsipinin gözlənildiyi bu əsərdə mif (əslində, din tarixindən götürülmüş hadisə) süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. “Master və Marqarita”da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir.

Mixail Bulqakov-Master və Marqarita (pdf)

Bəyən və paylaş

Rəylər

rəy(lər)