16 Mart 18:08

Kitab: Oljas Süleymenov – Oljas Fenomeni

  • Oljas Fenomeni

    • Nəşriyyat: TEAS Press
    • Müəllif: Oljas Süleymenov
    • Məhsul kodu: 2370
    • Mövcudluğu: Anbarda
    • Qiymət: 15,50 AZN

    • Endirimlə: 14,00 AZN

      Bu kitaba görkəmli qazax şairi, mütəfəkkiri və ictimai-siyasi xadimi Oljas Süleymenovun elmi-ədəbi fəaliyyətinə həsr olunmuş məqalələr, esse və şeirlər daxil edilmişdir.
      Kitabdakı materiallar təkcə onun öz vətənində deyil, həmçinin MDB ölkələrində, Almaniya, Fransa, Polşa, Böyük Britaniya… kimi ölkələrin dövri mətbuatında müxtəlif illərdə yer alan məqalələrin arasından seçilmiş, eləcə də Oljas Süleymenovun elmi-ədəbi fəaliyyətinə həsr olunan ayrı-ayrı nəşrlərdən götürülmüşdür.
      İstər ədəbi-bədii, istərsə də elmi-publisistik əsərlərində qaldırdığı tarixi-linqvistik problemlərə görə yaradıcılığı daim qızğın mübahisə və müzakirə predmetinə çevrilən bu mütəfəkkirin elmi-ədəbi fəaliyyəti barədə daha dolğun təsəvvür yaratmaq məqsədilə kitaba ədibin fikirlərini həm təqdir edən, həm də ona zidd mövqedə dayanan görkəmli alimlərin məqalələri daxil edilmişdir. Yeri gəlmişkən, Oljas Süleymenovun cəsarətli elmi qənaətlərinə yüksək qiymətin yer aldığı həmin məqalələrin əksəriyyəti məhdudiyyət və qadağaların həddən artıq sərt olduğu, senzuranın bütün ciddiyyəti ilə tətbiq edildiyi sovet dövründə qələmə alınmış və dərc olunmuşdur. Buna baxmayaraq, o məqalələr öz obyektivliyini və aktuallığını bu gün də qoruyub saxlayır ki, bu da onların ictimai dəyərini artırır.
      Kitab zəmanəmizin nadir şəxsiyyətlərindən biri olan Oljas Süleymenovun həyat və fəaliyyətini tədqiq edən elm adamları ilə yanaşı onun yaradıcılığı ilə maraqlanan hər bir oxucu üçün də çox faydalı və qiymətli mənbədir
      460 səhifə

  • 1. “Edumap K.K.” da Azərbaycanın və dünyanın istənilən nöqtəsinə çatdırılma mövcuddur.

    2. Naxçıvan Muxtar Respublikasına və digər bölgələrimizə çatdırılma poçt vasitəsilə həyata keçirilir. Çatdırılma haqqı hər kitaba görə 1 AZNdir.

    3. Abşeron, Bakı, Sumqayıt və Xırdalana çatdırılma kuryerlərimiz vasitəsilə həyata keçirilir. Çatdırılma haqqı ümumi sifariş üçün 2 AZN dəyərində hesablanır.

    4. Əlavə məlumat üçün TEL / WHATS APP : 0508819103

    Facebook: https://www.facebook.com/elsevever.d

Bəyən və paylaş

Rəylər

rəy(lər)