19 Fevral 12:47

Kitab üzlüyü dizaynı [ödənişsiz master-klass]

Əziz dizaynsevərlər, yaradıcılıq və incəsənətlə maraqlananlar. Sizi Akademiyamızın keçirəcəyi yeni tədbirinə dəvət edirik. Mağazalarda, kitabxanalarda gördüyünüz fərqli kitabların dizaynının necə yaranmasını öyrənmək istəyirsinizmi? Onda Mart ayının 3-ü keçiriləcək master-klassımıza dəvətlisiniz.

Tədbirimizin spikeri akademiyamızın müəllimi, kompüter qrafikası və dizayn kafedrasının baş müəllimi Toğrul Babayevdir. O, təhsilini Hindistanın Mohali şəhərindəki Yüksək Texnologiyaların İnkişaf Mərkəzində alıb. Öz işində sadə karandaş və kağızdan tutmuş peşəkar rəqəmli avadanlığadək, eləcə də kiçik köməkçi proqram və plug-in’lərdən tutmuş qrafik redaktorların peşəkar paketlərinədək ən müxtəlif alətlərdən istifadə edir.

Tədbirin nəzəri hissəsi zamanı aşağıdaki mövzular müzakirə olunacaq:

Kitab janrlarının qısa tarixçəsi
Kitab üzlüklərinin yaradılması haqda kiçik tarixi ekskurs
“Yaxşı” üzlük “pis” üzlükdən nə ilə seçilir
Master-klassın praktiki hissəsində isə Toğrul müəllim sizlər üçün üç fərqli janrda olan kitab üçün üzlük hazırlamağın sirrlərini göstərəcək:

sci-fi
roman
detektiv
Master-klass Mart ayının 3-ü 16:00-da Akademiyanın konfrans zalında keçiriləcək.

Hamınızı gözləyirik.

Qeydiyyatdan keçməyi unutmayın! – https://goo.gl/oHsCDx

Bəyən və paylaş

Rəylər

rəy(lər)