KitabGəzər layihəsi çərçivəsində #birincilər kampaniyası başladı

Operativ Qərargah tərəfindən verilən son informasiyadan da məlum oldu ki, ibtidai sinif şagirdləri 15 sentyabr tarixində tədris ilinə başlayacaqlar. KitabGəzər layihəsi çərçivəsində sərhəd kəndlərdə 1-ci sinifə başlayacaq 100 şagirdə dəstək olmaq üçün #birincilər kampaniyasına böyük ümidlə start veririk!
Məqsədimiz 100 şagirdi içərisində aşağıda qeyd etdiyim tədris ləvazimatları olan məktəb çantaları ilə təmin etməkdir:
• Dəftərlər;
• Qələmlər;
• Rəngli karandaşlar;
• Flomasterlər;
• Pozan və karandaşyonanlar;
• Xətkeş;
• Qələmqabı;
• Boyama dəftəri;
• Su qabı və s.
Kampaniyaya iki üsulla dəstək ola bilərsiniz:
1. Siyahıda qeyd olunan məktəb ləvazimatlarından (çanta istisna) alıb, bizə təhvil verməklə;
2. İanə etməklə. İanənizi aşağıdakı hesaba edə bilərsiniz:
Kapital Bank
4169 7414 3959 9257
ILQAR CAFAROV
Kart növü: VISA Electron
Xahiş edirik ki, ödənişi etdikdən sonra məlumatı bizimlə bölüşəsiniz. Hesabatlılıq üçün gərəklidir 🙂
Dəstəyiniz üçün minnətdarıq!
Əlaqə nömrəsi: (050) 992 10 97

Bir cavab yazın

Back to top button