9 Avqust 09:45

“Kitabı dinlə” sosial layihəsinə siz də qoşula bilərsiniz

Böyük qürur hissi ilə, “Kitabı dinlə” sosial layihəsi çərçivəsində səsləndirilən ilk kitabları Sizinlə paylaşırıq!

Layihəmizin ilk səsləri Sevda Səfərəliyeva, Orxan Adıgözəl və Murad Məmmədov Sizin üçün Cəlil Məmmədquluzadənin “Hekayələr”ini, Sədi Şirazinin “Gülüstan”ını, Andre Moruanın “Yad qadına məktublar” romanını və “Çərşənbə gününün bənövşələri” hekayəsini oxuyurlar.

Əsas məqsədimiz ana dilimizdəki elektron resursların sayını artırmaq, fiziki məhdudiyyətli insanlarımızla birgə cəmiyyətimiz üçün dəyər yaratmaqdır.

Əsərləri www.kitabidinle.az/books saytından yükləyə və ya onlayn dinləyə bilərsiniz.

“Kitabı dinlə” layihəsini davam etdirməkdə qərarlıyıq. Fiziki məhdudiyyətli hər bir soydaşımız www.kitabidinle.az saytının “Müraciət et” bölməsində qeydiyyatdan keçərək öz səsi ilə layihəmizə qatıla bilər. Layihənin reallaşmasına verdikləri dəstəyə görə iştirakçılar mükafatlandırılır.

Beləliklə, “Kitabı dinlə”mək zamanı çatdı
Dinləyin, paylaşın, öz fikirlərinizi bizimlə bölüşün!

Bəyən və paylaş