6 İyun 19:31

“Kitabım” – Sosial layihəsinə start verildi

“Kitabım” – Sosial layihəsinə start verildi!

 

Əziz gənc və ya özünü gənc hiss edən şəxs,

 

Gənclərin İnkişaf Portalının təşkilatçılığı ilə “Kitabım” sosial layihəsinə start verilir.

Sən də “Kitabım” layihəsində iştirak etməklə, oxuyub bitirdiyin bədii kitabları, orta məktəb dərslikləri, abituriyent hazırlıq vəsaitləri və başqalarını ucqar kəndlərdə yaşayan balaca dostlarımıza, həvəskar gənclərimizə göndərməklə, onların faydalanmasına, maariflənməsinə dəstək ola bilərsən..Məhz sənin dəstəyinlə o məktəblilərin, gənclərin dünyagörüşləri inkişaf edə, bilik və bacarıqları arta və təhsilin müxtəlif səviyyələrinə yiyələnə bilərlər…

Mütləq şəkildə bağışlamaq istədiyin kitabın birinci səhifəsinə həvəsləndirici ürək sözlərini qeyd etməyi unutma. Bu onları daha da ruhlandıracaq.

İstədiyin qədər kitab bağışlaya bilərsən…

 

Son tarix: 1 sentyabr 2019

Daha sonra sənlə əlaqə saxlanılacaq və kitablar təhvil alınacaq…

Kitab bağışlamaq üçün, mütləq şəkildə qeydiyyatdan keçməyin lazımdır…

Qeydiyyat linki: https://azgip.typeform.com/to/quunFS

 

Gəlin dünyanı birlikdə gözəlləşdirək…

 

Qeyd: Bu layihəni ətrafınızdakı dostlarınız, sevdiklərinizlə də bölüşün, bölüşün daha çox qəlbi sevindirək, daha çox gəncin parlaq gələcəyinə vasitəçi olaq…

Bəyən və paylaş

Rəylər

rəy(lər)