4 Mart 19:16

“Kitabların Dünyasından Tariximizə Səyahət” layihəsinə start verilir

Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Kitabların Dünyasından Tariximizə Səyahət” layihəsinə start verilir.

Layihənin əsas məqsədi gənclərə müstəqillik tariximizin keçdiyi yollar haqqında məlumat vermək, həmçinin də təbiətin keşiyində qeyri-formal təhsilin vacibliyini gənclərə çatdırmaqdır.

Layihə 1 gecə 2 gün olmaqla 13-14 Aprel tarixlərində Gəncə şəhəri, Hacıkənd ərazisində düşərgə formatında keçiriləcək.

13-14 aprel tarixlərində iki gün davam edəcək layihədə gənclər maarifləndirici təlimlərlə yanaşı,
ekoloji fəaliyyətlə də məşğul olacaqlar.

Layihə çərçivəsində hər iki gün üçün iştirakçıların bütün xərcləri qarşılanır.
Gəncə şəhəri və ətraf ərazilərdən olan şəxslərin müraciətlərə baxılacaqdır.

İştirakçılar Gəncə şəhərindən avtobus vasitəsilə Hacikəndə gətiriləcək.

Layihə iştirakçıları sonda sertifikatla təltif ediləcək.

Tədbirə iştirakınızı təsdiq edərək dostlarınız ilə paylaşmağı unutmayın.

Qeydiyyat linki:
https://goo.gl/forms/zfkI5oF4OdKg3nxJ2

Əlaqə vasitələri:
Layihə rəhbəri – Mehri Gulamova
| [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)